backend

Arvadını bıçaqlayan şəxs: Onu başqası ilə tutdum...

Arvadını bıçaqlayan şəxs: Onu başqası ilə tutdum...






















Faktı üzrə cinayət işi açılıb

Dünən Binəqədi rayonunda gecə saatlarında ər öz arvadını

qaynarxett.az xəbər verir ki, bu barədə Vesti.Az-a Binəqədi rayonu polis İdarəsində bildiriblər.

Məlumata əsasən 33 yaşlı işsiz Bəhram Quliyev, 31 yaşlı həyat yoldaşı Gülnaz Quliyevaya (adlar etik normalara görə dəyişdirilib) bıçaq zərbələri vurub.

Nəticədə qadın sinə nahiyəsində aldığı yaralarla xəstəxanaya yatırlıb. Cinayət, Gülnaz Quliyevanın, ərindən gizlənməyə çalışdı, atası evində baş verib.

Zərərçəkənin vəziyyətini həkimlər sabit ağır kimi qiymətləndirirlər. Eyni zmanda B.Quliyev polisə gələrək əməlini etiraf edib. İlkin dindirilmə zamanı kişi, arvadını başqa bir kişi ilə tutduğu üçün cəzalandırdığını bildirib.

Hal-hazırda istintaq bu versiyanı cinayət motivi kimi nəzərdən keçirir.

Ağır bədən xəasrətinin yetirilməsi faktı üzrə cinayət işi açılıb.