backend

Merkeldən Bakıya jest

Merkeldən Bakıya jest















Almaniyanın kansleri Angela Merkel Budapeştdə Macarıstanın baş naziri Viktor Orbanla keçirdiyi birgə mətbuat konfransında Avropanın enerji təchizatında Azərbaycanın rolundan danışıb

ANS PRRESS-in məlumatına görə, o bildirib ki, Macarıstan bir sıra digər Avropa ölkələri, o cümlədən Almaniya kimi Rusiyadan enerji məsələsində çox asılıdır. Buna görə də Avropa daxilində çoxşaxəli kəmərlər çəkilməli, enerji daşıyıcılarını əks istiqamətdə nəql etmək imkanları yaradılmalıdır.

Kansler deyib: ""Nabucco" iflasa uğradı, "Cənub axını" isə qeyri-müəyyəndir. Bu baxımdan Azərbaycandan çəkiləcək Trans Anadolu (TAP) qaz kəməri layihəsi reallaşarsa Macarıstan enerji mənbələrini müxtəlifləşdirəcək."

Onun sözlərinə görə, Almaniya Avropa İttifaqının heç bir üzvünün enerji mənbəyindən asılı olmayacağına çalışacaq. Aİ daxilində elə şəbəkə qurulmalıdır ki, bütün üzv dövlətlərin mövcud enerji mənbələrinin hamısına çıxışı olsun. Bunun üçün sərmayə imkanları da mövcuddur.