backend

QOBUSTAN RAYON NOTARİAT OFİSİNİN SƏDRİ ŞAMİL YUSİFOVUN İŞ METODU

Düzü qiyabi təhsilin olduğunu bilirdim.Lakin Notariat ofisinin rəhbərliyinin bu vəzifədə qiyabi işləməsini nə eşitməmişdim,nə də görməmişdim.Bilirəm,ilk baxımdan inanmayacaqsınız.Çünki,elə məndə eşidəndə inanmadım,bax elə siz inanmadıqınız kimi.Bu "yeniliyin"nə dərəcədə doğru olub-olmadıqını dəqiqləşdirmək üçün üz tutdum sözü gedən ünvana -Qobustan rayonuna.Tanımadığım bir neçə nəfərdən rayondaki Notariat ofisinin həftənin hansı günlərində vətəndaşların xidmətində olduqu barədə kiçik bir sorğu keçirdim.Məlum oldu ki,ofsin sədr vəzifəsini icra edən Şamil Yusifov yalnız həftənin bir günü iş başında olur.Başqa günlərdə isə haralarda olduqu məlum deyil.Mən bu məsələni dəqiqləşdirmək üçün,rayondaki Notariat ofisinə getməyi qərarlaşdırdım və getdim.Məlum oldu ki,doğurdan da məsələ elə eşitdiyim kimidir.Yəni ofisin sədri Şamil müəllim bu işdə "qiyabi" yolla işləyir.Yəni həftədə bir gün işə gəlməklə kifayətlənir.

İş saatının sonu olduqu üçün Şamil müəllimin bu işdəki fəaliyyəti barədə ətraflı məlumat toplaya bilmədimsədə başqa bir zaman jurnalist araşdırması aparmaqla Şamil müəllimin bu iş üslubunu Ədliyə Nazirliyinə və bu sahədə çalışan həmkarlarına tanıtmaqı qərara aldım.
Yaxın günlərdə Şamil Yusofovun iş üslubu haqqında ətraflı məlumat veriləcək.

BİZİ İZLƏYİN.
ÇAPAR.İNFO