backend

AGSU RAYON İCRA HAKİMİYYƏTİ "BAŞÇISININ APARATI"- DÖVLƏT ADINDAN RƏSMİ YALANLAR...

AGSU RAYON İCRA HAKİMİYYƏTİ "BAŞÇISININ APARATI"- DÖVLƏT ADINDAN RƏSMİ YALANLAR
(icra hakimiyyəti aparatı şəxsi mal deyil, dövlət deməkdir)

Azərbaycan Respublikasının prezidenti
Möhtərəm İlham Əliyevə.
Azərbaycan Respublikasının birinci vitse
prezidenti Mehriban xanım Əliyevaya.
Azərbaycan Respublikasının baş naziri cənab
Əli Əsədova.
Azərbaycan Respublikasının ədliyyə naziri
cənab Fikrət Məmmədova.
Azərbaycan R
espublikasının baş prokuroru
cənab Kamran Əliyevə.
Azərbaycan Respublikasının baş prokurorluğu
yanında Korrupsiyaya qarşı Mübarizə
İdarəsinin rəisi cənab Nazim Rəcəbova.
Ağsu rayon prokuroru cənab Elnur Cəfərova.

Ağsu rayon Təklə kənd sakini Qurbanova
İlhamə Sədaqət qızı tərəfindən

ƏRİZƏ

Yazıb Sizə bildirirəm ki, ailəmizdə iki əlil və bir Vətən müharibəsi iştirakçısı var. Vətənpərvər ailə kimi dövlətə və xalqa şərəflə xidmət edirik, bir çox nəaliyyətlərimiz vardır.

05.02.2019-cu il tarixdə Ağsu, Şamaxı, İsmayıllı bölgəsində baş verən zəlzələ nəticəsində bizim də evimizə ciddi zərər dəyib, qəzalı vəziyyətə düşüb. Muradlı kənd ərazi nümayəndəliyinin sədri Əbilfəz Əmiraslanov və müavini Fərhad Soltanov “sizin də evinizi qeydiyyata almışıq” deyib bizi iki ay aldadaraq, yalnız qohumları və rüşvət aldıqları evlərin siyahısını icra hakimiyyətinə göndərib, tikilməsinə, təmir və bərpa olunmasına çalışıb nail olublar.

Həyat yoldaşım Cahangir Sabirov 24.04.2019-cu il tarixdə icra nümayəndəliyinə gedib məlumat verib, rəsmi arayış alıb. Həmin saxtakarlıqları da qeyd edərək, dövlət rəhbərliyinə və aidiyyatı orqanlara göndərmişdir. Bir neçə ay da bizi aldadıb, növbədə xeyri geri saldıqdan sonra yeni təyin olunan icra başçısı mərhum Vahid Tağıyevin göstərişi ilə evə baxış keçirilib, elə 2019-cu ildə qüsur aktı hazırlanıb icra başçısı, memarlıq şöbəsi və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” İnstitutunun möhürü və imzalarla təsdiq olunub,evin təmiri mənim adıma sənədləşdirilib. Lakin, biz bundan 2021-ci ilin noyabr ayında xəbər tutmuşuq. Bu tarixə qədər 3 il müddətdə Ağsu Rayon İcra Hakimiyyətinin birinci müavini və bir neçə ay icra başçısı vəzifəsini icra edən Fizuli Kərimli, keçmiş və indi ki, ikinçi müavinlər Mirqubat Orucov və Elçin Məmmədov, üçüncü müavin Sevil Mirzəliyeva, icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Mirəli Qurbanov və yerli icra nümayəndəsi Əbilfəz Əmiraslanov bizi yüz dəfələrlə şifahi və rəsmi aldadaraq bildiriblər ki, hələ vəsait yoxdur, vəsait ayrılan kimi smetanız FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin“Azkommunlayihə” İnstitutunda hazırlanıb gələcək, eviniz təmir olunacaq.

2021-ci ilin oktyabr ayında dövlət 4.000.000 ( dörd milyon) manat vəsait ayrıldı, yenə də bizi aldatmağa davam etdilər. 2021-ci ilin noyabr ayında FHN-nin “Azkommunlayihə” İnstitutundan qüsur aktının və növbədə 1778-ci sırada adımın üstündən qırmızı xətt çəkilmiş səhifənin sürətlərini əldə etdik, bizdən sonrakı adamların da evlərinin təmir edildiyinin şahidi olduq. Əlimizdə olan faktlara əsasən cənab Prezident İlham Əliyevin evimizin təmirinə ayırdığı vəsaitin və növbəmizin rüşvət ilə başqalarına satılması barədə FHN-i Kəmaləddin Heydərova rəsmi müraciət edib, qəbula getdikdən sonra bu ilin yanvar ayında evimizin smeta sənədləri icra hakimiyyətinə göndərilib. Bundan da beş ay sonra “Azkommunlayihə” İnstitutunun direktoru Sahib Qarayevin 06 iyun 2022-ci il tarixli arayışına əsasən xəbər tutmuşuq.

14,21,22 fevral 2022-ci və 16 mart 2022-ci il tarixli rəsmi məktublarda isə, M.Qurbanov smeta sənədlərinin “Azkommunlayihə” İnstitutu tərəfindən hələ hazırlanıb gəlmədiyini bildirir. Çox təəssüvlər ki, bütün yalanlar Ağsu Rayon İcra Hakimiyyətinin başçısının aparatı, “yəni dövlət adından” yazılır.

Bəli, yenə də M.Qurbanovun və tabeçiliyində olduğu adları qeyd olunan məmurların bizi aldatmaqda məqsədləri vaxt udub, milyonlarla vəsaiti rüşvət aldıqları və smetadan 5-10 min manat oğurlaya bildikləri adamlara satmaq, özlərinə isə bahalı maşınlar almaq, evlər tikdirməkdi. Belə deyilsə,bəs hansı halal pul ilə bu qədər bahalı mülk, maşın alırlar?

3 ildir bizi aldadaraq deyirlər pul ayrılsın ki, smeta hazırlanıb eviniz təmir olunsun. Pul da ayrıldı, smeta da gəldi. Yenə də bizi 6 aydır aldadıb, evimizi təmir etməməkdə səbəb nədir?

Əgər bizim evimizin təmiri üçün vəsait ayrılmamışdırsa smeta necə gəldi və “Dərələyəz” MMC tikinti şirkətinin Xəqani və Şahbaba adlı əməkdaşlarını evimizə baxış üçün bu ilin fevral ayında M.Qurbanov hansı məqsədlə göndərmişdir?

M.Qurbanov “Azkommunlayihə” İnstitutunun direktor müavini Xalis müəllimlə telefon danışığı zamanı rəsmi məktuba çəkdiyi qolu niyə danır və nə üçün bizə şər ataraq evin təmirindən imtina etdiyimizi bildirir?

M.Qurbanov qeyd edir ki, 3 minə yaxın ev təmir olunub, elə isə bəs bizim adımız nə üçün 1778-ci sırada qalıb?

17.06.2022-ci il tarixdə “Dərələyəz”MMC tikinti şirkətinin rəhbəri Nurlan müəllimlə telefon əlaqəsi saxladıq, o, qeyd etdiki M.Qurbanova imtina etmək deyil, evinizin əsaslı bərpaya- çox xərcə ehtiyacı olduğunu bildirmişik. Biz də dedik ki, smeta bizi qane edir, nə qədərdirsə o qədərlik də iş görülsün.

Tikinti şirkətinin rəhbəri ilk olaraq smetada 12000 ( on iki min ) manat olduğu halda M.Qurbanovun onların hesabına 7500 (yeddi min beş yüz) manat pul köçürmək istədiyini bildirdi.Sonra isə çox fərqli danışdı, onlarla evin təmir xərclərinin cəm şəkildə əvvəlcədən hesablarına köçürüldüyünü dedi. Daha sonra isə məqsəddən yayınaraq 25.06.2022-ci il tarixdə bizimlə görüşüb evə baxış keçirəcəyini desə də səhəri gün bizə yalvavaraq ondan əl çəkməyimizi bildirib, bizimlə əlaqəsini kəsdi.

Onu da qeyd edim ki, yüzlərlə növbədən çıxarılan, ev təmiri işləri yarımçıq qalıb aldadılan, eyni zamanda qanuna görə 2019-cu ildən qeydiyyatın dayandırılması bildirilsə də, hələ də bu yaxınlara qədər evlərinə yeni baxış keçirilib, qeydiyyata alınan insanlar var.

Nəzərinizə çatdırıram ki, bu barədə bir neçə internet xəbər saytlarında və 10.06.2022-ci il tarixdə SPACE Tv kanalının xəbərlər proqramının saat 20:00 buraxılışında video çəkiliş və yazılarla məlumat verilib, aidiyyatı orqanlara rəsmi müraciətlər etmişik, baxan yoxdur, M.Qurbanov da bildirir ki, gedin kimə deyirsiniz, deyin.

Dövlətin təmsil edən rayon məmurları ayrılan milyonlarla vəsaitdən “paylarını” götürmürlərsə nə üçün bu özbaşınalıqlara son qoymurlar?

Odur ki, haqqımızın və hüquqlarımızın tapdalanmasında cinayət əməli olan hər kəsi ciddi cəzalandırmağınızı və bizə kömək etməyinizi Sizdən xahiş edirik.

Qaynarxett.az