backend

“Xerson uğrunda döyüşdə dünyanın taleyi həll olunur” - Rusiyalı publisist

Rusiyalı yazıçı və publisist Andrey Piontkovski USQ-nin Xerson vilayətində əks-hücumunu və işğal ounmuş vilayət mərkəzinin gələcək azadlığını qiymətləndirib.

Bu barədə o, «Qroşi» layihəsinin yeni «Balakanki» buraxılışında deyib.

«Xerson uğrunda döyüşdə hazırda dünyanın taleyi həll olunur - şişirtmədən. Dördüncü dünya müharibəsi gedir və bu həlledici vuruşda ABŞ-ın cavabdeh insanları anlamaya bilməzlər ki, burada sarsılmaq olmaz» - Piontkovski deyib.

Onun proqnozuna görə, Xerson uğrunda döyüşdə Qərb özünün müttəfiqlik borcunu yerinə yetirəcək./AzPolitika.info/