backend

Erməni klubunda azərbaycanlı futbolçu – VİDEO

Erməni klubunda azərbaycanlı futbolçu – VİDEO






















Qurbanov Şamil Zükrulla oğlu

Ermənistanın “Uliss” futbol klubu öz heyətinə azərbaycanlı futbolçunu cəlb edib.

qaynarxett.az oxu.az-a istinadən xəbər verir ki, azərbaycanlı Şamil Qurbanov erməni futbol çempionatının lideri olan “Uliss” klubunun əsas heyətində çıxış edəcək.

Belə ki, Şamil artıq “Uliss”in Antalyada Moldovanın “Milsami” klubu ilə keçirdiyi qarşılaşmada erməni klubunun heyətində meydana çıxıb.

Qeyd edək ki, Şamil Qurbanov Azərbaycan əsilli rusiyalı futbolçudur. O, müdafiəçi möqveyində oynayır. 1993-cü il aprelin 10-da anadan olub.

Şamil Rusiyanın Nijeqorod şəhərinin “Volqa” gənclər akademiyasının yetirməsidir. 2012-ci ilədək Qurbanov “Volqa”nın tərkibində çıxış edib. 2014-cü ilin iyulundan o, Rusiyanın “Saturn” klubunun tərkibində Rusiya Peşəkar Futbol Liqasında 16 matç keçirib.

Müsahibələrindən birində Şamil o zaman millimizin məşqçisi olmuş Berti Foqtsun onu Azərbaycana dəvət etdiyini də bildirib.