backend

Deputatla icra başçısı arasındakı qarşıdurmanın ilginc - SƏBƏBİ

Deputatla icra başçısı arasındakı qarşıdurmanın ilginc - SƏBƏBİ

Parlament seçkilərinin başlamasına çox qısa müddət qalsa da, bəzi millət vəkillərinin başı daxili intriqalara və özünün şəxsi biznes maraqlarının təmin etməyə qarışıb. Belə millət vəkillərindən biri Zaqatala rayon seçki dairəsindən deputat Kamilə Əliyevadır.

qaynarxett.az bildirir ki, Rayondakı məlumatlı mənbələrdən AZXEBER.COM-a daxil olan informasiyaya görə, son aylar Rayon icra Başçısı Mübariz Əhmədzadə ilə deputat Kamilə Əliyeva arasında qarşıdurma yaranıb. Buna səbəb deputatın rayonda qanunsuz biznes fəaliyyəti və öz yaxın qohumlarını, tanışlarını rayondakı strateji vəzifələrə zorla yerləşdirmək istəyidir. Mənbə qeyd edir ki, Kamilə Əliyeva deputat səlahiyyətlərinin başa çatmasına 1 ildən az zaman qaldığını dərk edərək, deyəsən "özünə gün ağlamaq" istəyir.

Zaqatala seçiciləri arasında reytinqi olduqca aşağı olan Kamilə Əliyeva qarşıdan gələn seçkilərdə məğlubiyyətini təxmin üçün qalan aylar ərzində rayonda özünün biznes maraqlarını təmin etməyə və Zaqatalada dövlət qurumlarında mövqelərini möhkəmləndirməyə çalışır. Mənbə qeyd edir ki, o Zaqatalanın müxtəlif yerlərində müvafiq qanunvericiliyə uyğun olmayan biznes obyektləri yaratmağa çalışır. Eyni zamanda o rayon təhsil şöbəsinin müdiri vəzifəsinə və icra hakimiyyətində bir çox yerlərə öz yaxın adamlarını yerləşdirməyə çalışır. Deputatın bu şəkildə zorla və qanunsuz şəkildə Zaqatalada güclənmək cəhdləri haqlı olaraq icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tərəfindən etirazla qarşılanıb.

Kamilə Əliyeva isə bununla razılaşmayaraq icra başçısının əleyhinə həm rəsmi çevrələrdə, həm də mətbu dairələrdə "qarayaxma" kampaniyası aparır. Mənbənin iddiasına görə, son zamanlar Zaqatalanın icra başçısının mətbuatda davamlı tənqidlərə məruz qalmasının səbəbi də məhz deputat Kamilə Əliyevanın mətbuatdakı dostları vasitəsilə kompramat məlumatlar ötürməsidir.

Kamilə Əliyeva bir sıra dairələrdə açıq formada deyib ki, bu rayonda ya Mübariz Əhmədzadə qalmalıdı, ya da mən.

Deputatla icra başçısı arasında gedən münaqişənin kimin xeyrinə başa çatacağını isə zaman göstərəcək.