backend

Saatlıda icra başçısının müavinləri camaatı döydü

Saatlıda icra başçısının müavinləri camaatı döydü

















Mikayıl Cabbarovla görüşə buraxılmayan narazılar Siraqəddin Cabbarovun əleyhinə şüar səsləndiriblər

Saatlı rayonunda təhsil naziri Mikayıl Cabbarovla şikayətçilərlərin görüşdə insident yaşanıb. Bu barədə etibarlı mənbədən məlumata daxil olub. Qaynağın məlumatına görə, nazirlə görüşdən əvvəl görüşün keçiriləcəyi yerdən 500 metr aralıda “canlı sədd” quran rayon İcra Hakimiyyətinin işçiləri narazı adamları görüşə buraxmayıb.

İş o həddə çatıb ki, şikayətə gəlmiş müəllimlər və rayon sakinləri nazirlə görüşmək üçün israr etdikdə isə narazılıq baş qaldırıb. Və şikayətçilər Mikayıl Cabbarovla görüşmək üçün hərəkətə keçiblər. Təqribən 100 nəfərdən artıq şəxsin hərəkətlənməsini görən icra başçısının müavini İlham Quliyev və digər müavinlər İcra Hakimiyyətinin işçiləri ilə birlikdə camaatın üzərinə hücum çəkiblər.

Məlumatda qeyd olunur ki, bu zaman toqquşma baş verib və İcra Hakimiyyətinin işçiləri müavin İlham Quliyevin “rəhbərliyi” altında camaatı vurmağa başlayıblar. Heç cür nazirlə görüşə bilməyən camaat isə etirazlarını şüarlar səsləndirməklə bildiriblər. Onlar “Stalin sizdən yaxşıdır”, “Allah Kim İr Çenə rəhmət eləsin, o sizdən yaxşı adam olub” deyərək dağılışıblar.

Məlumatda o da vurğulanır ki, Saatlının icra başçısı nəzliyyat naziri Ziya Məmmədov gələn zaman həyata keçirdiyi taktikanı Mikayıl Cabbarovla olan görüşdə də reallaşdırıb. Öyrədilmiş adamlar nazirlə görüşərək, rayonda hər şeyin “ideal” olduğunu bildiriblər.

R. Zahidoğlu