backend

Hövsanda "Təndir evi"ndə antisantariya baş alib gedir... - Sahibi isə şəhid adı ilə hədə-qorxu gəlir...

Bu gün Hövsan qəsəbəsində, saat 14:11 radələrində "Şəhid Bulaqı"nın yanında yerləşən "Təndir evi"ndə olduq, burada sanitariya qaydalarına əməl olunmaması və s. nöqsanları qısaca lentə aldıq. Cox cəkmədi ki, özünü "Təndir evi"-nin sahibi kimi təqdim edən Samir adlı şəxs bizimlə telefon əlaqəsi yaradaraq, ora şəhid ailəsinindir, siz kimdən icazə alıb orada cəkiliş aparmısınız, görün sizin başınıza nə oyun asacam, deyə hədələdi.

Elə də oldu, təxminən 40 dəqiqədən sonra bizə 30-cu polis bölməsindən zəng gəldi və bizi bölməyə dəvət etdilər. Dəfələrlə sabah gələcəymizi bildirdik, özünü növdətci kimi təqdim edən polis mayoru Mahir Musayev isə təkidlə: bu dəqiqə gələcəksiniz, sizi burada şəhid ailəsi gözləyir, dedi. Mən: şəhidlərimiz baş tacımızdır, onların adından sui-istifadə etməyin, dedim və bildirdim ki, onun bu qanunsuz hərəkəti barədə cənab nazirə yazılı məlumat verəcəyəm. Bundan sonra cənab mayor yumşaldı və sabah gələcəyimizə razılaşdı.


p.s:

Torpaq uğrunda canını verən və ya yaralananlar ən böyük titula və hörmətə layiqdirlər. Şəhid adı daim uca tutulmalı, bu ada xələl gətirilməməlidir. Təəssüf ki, belə adlardan sui-istifadə halları çoxalıb. Biz belə hallarla daha çox rastlaşırıq. Sui-istifadə halları isə şəhidin adına, ruhuna qətiyyən uyğun deyil. Belə şəxslərlə nəinki təkcə dövlət, bütün ictimaiyyət mübarizə aparmalıdır. Qazilərin, şəhidlərin adını ucuzlaşdırmaq olmaz, onlar bizim üçün müqəddəsdirlər.

Mövzunu diqqət mərkəzində saxlayacagıq.


Məhluqə USUBOVA,
Qaynarxett.az