backend

Sumqayıt sələfilərinin liderinin məhkəməsi başladı

Sumqayıt sələfilərinin liderinin məhkəməsi başladı































Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhərində sələfilərlə xəvariclər arasında baş vermiş silahlı münaqişə ilə bağlı həbs edilən Elşən Musayevin cinayət işi üzrə hazırlıq iclası başlayıb

qaynarxett.az Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rahib Salmanov sədrlik edir. Məhkəmə prosesi fevralın 20-nə təyin olunub.

Hadisə 2013-cü il, dekabrın 11-də saat 20:30 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Soltan” çay evində baş verib. İki qruplaşma arasında dini baxışlarında olan fikri ayrılığına görə yaranmış mübahisə sonda silahlı insidentlə nəticələnib.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən xəvariclərin əmiri, “Mamed” ləqəbli Elçin Əkbərov, sələfilərin lideri, “Hamza” ləqəbli Elşən Musayev, habelə Əhməd Salmanov, Anar Mirzəyev, Zaur Paşayev, Elmar Məmmədli, Murad Məhərrəmov, Anar Rəhimov, Firudin Musayev, Vüqar Abdullayev, Amil Tağıyev, Elçin Mirzəyev, Cəlal Mikayılov, Kənan Mehrəliyev, Elnur Nəzərəliyev və Vüqar Xəlilov həbs olunublar.

Onlara qarşı Cinayət Məcəlləsinin 221 (xuliqanlıq), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 29, 120.2.4 (qəsdən adam öldürməyə cəhd) və 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, daşıma, saxlama, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, 13 nəfərdən ibarət olan Sumqayıt xəvariclərinin cinayət işi üzrə məhkəmə prosesinə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə baxılır.