backend

Baş həkimə etiraz edib intihara cəhd edən tibb işçisi PREZİDENTƏ VƏ BAŞ PROKURORA ÜZ TUTDU – Müraciət

Xəbər verdiyimiz kimi 4 saylı Təcili Tibbi Yardım Stansiyasında işçi ilə baş həkim arasında yaranan insident intihara cəhtlə nəticələnib.

GUNinfo.net  xəbər verir ki, Təcili Tibbi Yardım Stansiyasının əməkdaşı Mirəziz Əzizov qolunu doğrayaraq intihara cəhd edib.
İntihara səbəb tibb müəssisəsində baş alıb gedən nöqsanların və qanunsuzluqların olduğunu baş həkim Yusif Musayevə bildirən Əzizov təhqir və hədə ilə üzləşib. Stansiya rəhbəri neqativləri açıqladığı üçün tibb işçisini işdən çıxarmaqla hədələyib və bu səbəbdən də baş həkimlə işçi arasında ciddi narazılıq yaranıb.
Hadisə ilə bağlı GUNinfo.net-in əməkdaşı Mirəziz Əzizovla əlaqə saxlayıb.
Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 saylı bölməsinin əməkdaşı Əzizov Mirəziz Mirabbas oğlu stansiyada baş verən neqativ hallarla bağlı yerində yoxlama və araşdırmanın aparılmasının təşkil olunması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət etdiyini bildirib.
Əzizov daha sonra bunları deyib:  “Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 saylı bölməsinin baş həkimi görün məni hansı vəziyyətə saldı ki, intihar etmək həddinə gəldim. Məni ölüm həddinə çatdıran Yusif Musayevin özbaşına əməllərinə loyal yanaşa bilmərik, bu adam qanun qarşısında cavab verməlidir. Mən hadisə barədə media orqanlarına da açıqlamalar vermişəm. Mənə edilən haqsızlıq və hədələrlə bağlı  Prezident və Baş prokuror Kamran Əliyevə müraciət edirəm, bvaş həkimdən şikayətçiyəm. Xahişim başladılan cinayət işi tam nəzarətə götürülsün. Çünki, hadisə Cinayət Məcəlləsini 125-ci maddəsinin tərkibinin təsirinə düşür və bu baş həkimin əməllərində digər maddələr də var. Baş həkim işçisini təhqir edib hədləyərək, ölüm həddinə çatdırması özbaşınalıq və qanunsuzluqdur,  onun  bu əməli ilə bağlı hüquqi prosedur həyata keçirilməlidir. Mən bir daha ölkə başçısından və hüquq mühafizə orqanlarından kömək istəyirəm…!”
Onuda qeyd edək ki, sözügedən şəxsin şikayətləri nəzərə alınaraq onunla TƏBİB-də görüş keçirilib və narazılıq bildirdiyi məqamlar dinlənilərək qeydə alınıb.  Hazırda TƏBİB-in Daxili nəzarət və monitorinq departamenti tərəfindən də məsələnin geniş araşdırlması həyata keçirilir.