backend

Saatlıda iki qadın İcra Hakimiyyətinin qarşısında özünü yandırmaq istədi

Saatlıda iki qadın İcra Hakimiyyətinin qarşısında özünü yandırmaq istədi















İcra başçısı və müavini camaatı həbslə hədələyib, etiraza qalxan 30-dan artıq rayon sakini isə iş və çörək tələb ediblər

Saatlı rayon İcra Hakimiyyətinin qarşısında 30-a yaxın sakin etiraz aksiyası keçirib. Bu barədə rayondan məlumat verilib.

Məlumatda deyilir ki, işsizlikdən və sosial problemlərdən əziyyət çəkən insanlar İcra Hakimiyyətinin binası önünə toplaşaraq, icra başçısı Siraqəddin Cabbarovdan iş və çörək tələb ediblər. Onlar hazırkı şəraitdə yarı ac, yarı tox yaşadıqlarını və bundan sonra belə həyat sürmək istəmədiklərini dilə gətiriblər.

Məlumat verən şəxslərin dediyinə görə, icra başçısı Siraqəddin Cabbarov camaatı qəbul etməkdən imtina edib. Onların qarşısına çıxan icra başçısının birinci müavini İlşam Quliyev isə etiraz edənləri hədələyib. Onlar dağılışmayacaqları təqdirdə həbs ediləcəklərini deyib.

Qeyd edilir ki, İlham Quliyevin bu açıqlamasından qəzəblənən iki qadın özlərini yandırmağa cəhd ediblər. Onlar üzərlərinə benzin tökərək, özlərinə od vurmaq istəyiblər. Ki, əraziyə çağırılmış polis və aksiyaya qatılmış insanlar bunun qarşısını vaxtında almağa nail olublar.