backend

Ərdoğanla Putin arasında görüş keçirilib - YENİLƏNİB, VİDEO

Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüş başa çatıb.
Müzakirələr 1 saat yarım davam edib.

***

Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş başlayıb.
Danışıqlar “Rus” sanatoriyasının “İmperial” korpusunda keçirilir.
“Bizim əlaqələrimiz heç kimin gözləmədiyi şəkildə inkişaf edir”, - V.Putin görüşün jurnalistlər üçün açıq olan hissəsində deyib.
Rusiya lideri söyləyib ki, R.T.Ərdoğanla təhlükəsizlik kimi çox əhəmiyyətli məsələləri müzakirə edəcəklər: “Ukraynadakı vəziyyəti, “Taxıl sazişi”, Suriya məsələsindən danışacağıq. Bir çox başqa istiqamətlərdə də məsələlər var onları da müzakirə edəcəyik”.
V.Putin Türkiyə ilə Rusiya arasında mövcud layihələrin icrasından da bəhs edib.
R.T.Ərdoğan isə deyib ki, dünya, xüsusi ilə Afrikanın az inkişaf etmiş ölkələri “Taxıl sazişi” ilə bağlı müzakirənin nəticələrini gözləyir.
O, Rusiyanın meşə yanğınları ilə mübarizə sahəsində Türkiyəyə göstərdiyi yardıma görə V.Putinə təşəkkür edib. (Report)
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçiyə yola düşüb.
Musavat.com xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, o, Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Tərəflər Türkiyə-Rusiya ikitərəfli əlaqələri, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparacaqlar.