backend

"Onu deyən başını daşa döyür" - Məmməd Aslan

"Onu deyən başını daşa döyür" - Məmməd Aslan



























Məmməd Aslan aznews.az-a açıqlamasında bu xəbərin yalan olduğunu bildirib: “Bu saat oturmuşam evimdə, səhərin bu çağında şeir yazıram. Xəstə-zad deyiləm. Onu deyən başını daşa döyür”

Şair əlavə edib ki, istənilən insan yol getdiyi yerdə yıxıla, xəstələnə bilər: “Hələ üstəlik, xəstəxanaya da düşə bilər. Burada nə var ki?”

Şair yaxın zamanlarda əməliyyat olunacağı barədə deyilənlərə da münasibət bildirib: “Mən çoxdan əməliyyat olunmuşam. Vəziyyətim də əladır”.

Qeyd edək ki, Məmməd Aslanın xəstəxanaya düşməsi ilə bağlı ilk məlumatı modern.az saytı yayıb.