İLHAM ƏLİYEV: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər”.
2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutur. Bu əlamətdar gün Azərbaycan gəncliyinə göstərilən yüksək dövlət qayğısının, gənclərin cəmiyyətin aparıcı qüvvəsi kimi qəbul olunmasının bariz ifadəsidir. Gənclər Günü Ulu Öndər Heydər Əliyevin 1 fevral 1997-ci il tarixində imzaladığı Sərəncama əsasən təsis edilmiş və həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda rəsmi şəkildə qeyd olunmağa başlanmışdır. Bu fakt Azərbaycanın gənclər siyasəti sahəsində beynəlxalq miqyasda qabaqcıl mövqeyə malik olduğunu təsdiqləyir.
Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi hesab edir, onların fiziki və mənəvi baxımdan sağlam, yüksək bilik və əxlaqa malik vətəndaşlar kimi formalaşmasını dövlətin əsas vəzifələrindən biri sayırdı. Onun fikrincə, gənclərin sağlamlığı, təhsili, tərbiyəsi və intellektual səviyyəsi bir-biri ilə sıx bağlıdır və bu amillər dövlətin davamlı inkişafının əsasını təşkil edir. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətinə çevrilmiş, gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradılmışdır.
Bu siyasətin mühüm nəticələrindən biri 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması oldu. Nazirliyin fəaliyyəti gənclərlə iş sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinə, gənclər siyasətinin məqsəd və prinsiplərinin sistemli şəkildə həyata keçirilməsinə şərait yaratdı. Eyni zamanda, gənclərin ictimai-siyasi proseslərdə iştirakının artırılması, onların liderlik keyfiyyətlərinin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. 1996-cı ildə keçirilən Azərbaycan Gənclərinin I Forumu Ulu Öndərin gənclər qarşısında qoyduğu tarixi vəzifələrlə yadda qaldı. O, hər bir Azərbaycan gəncini müstəqil dövlətin bu günü və gələcəyi haqqında düşünməyə çağıraraq, gənclərin Vətən qarşısında məsuliyyətini xüsusi vurğuladı.
Ulu Öndər Heydər Əliyevin gənclər siyasətində təhsil məsələləri də xüsusi yer tuturdu. Xarici ölkələrdə təhsil ənənəsinin bərpası və inkişaf etdirilməsi, istedadlı gənclərə dövlət təqaüdlərinin verilməsi, “Prezident təqaüdü” və “Qızıl kitab” kimi təşəbbüslər gənclərin bilik və bacarıqlarının inkişafına güclü təkan verdi. Bu siyasət gənclərin intellektual potensialının formalaşmasında mühüm rol oynadı və müasir, savadlı milli kadrların yetişdirilməsinə zəmin yaratdı.
Ulu Öndərin müəyyən etdiyi strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Prezident İlham Əliyev gənclərə geniş imkanlar yaradıldığını vurğulayaraq, onların bu imkanlardan səmərəli istifadə etməsinin vacibliyini önə çəkir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti gənclərin özünə inamının artmasına, onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaradıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə “Gənclər ili”nin elan edilməsi, Gənclər Fondunun yaradılması, “Gənclər evi” sosial xidmət müəssisələrinin ölkə üzrə genişləndirilməsi, “Yüksəliş” müsabiqəsi kimi layihələrin həyata keçirilməsi gənclərin intellektual və peşəkar inkişafına xidmət edir. Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyəti isə gənclərin məşğulluğu, karyera planlaması və şəxsi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan gəncliyi Vətənpərvərlik ruhunda tərbiyə olunaraq ölkənin müdafiəsində, ictimai-siyasi və informasiya müharibəsində fəallıq göstərmişdir. Xüsusilə Vətən müharibəsində gənclərin qəhrəmanlığı və fədakarlığı dövlət gənclər siyasətinin real nəticəsi kimi tarixə düşmüşdür. Bununla yanaşı, gənclər beynəlxalq tədbirlərdə, elm, mədəniyyət, idman və innovasiya sahələrində Azərbaycanı layiqincə təmsil edirlər.
Ülviyyə Həmzəyeva
Milli Məclisin Deputatı
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət
gundem / Siyasət
gundem / Siyasət
Siyasət



