backend

Bakıda 17 yaşlı qız qardaşının qayınatası tərəfindən zorlandı

Bakıda 17 yaşlı qız qardaşının qayınatası tərəfindən zorlandı
















Azərbaycanda daha bir dəhşətli zorlanma faktı qeydə alınıb

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dünən 17 yaşlı qız polisə müraciət edərək zorlandığını bildirib.

Təcavüzə məruz qaldığını iddia edən qız hadisənin ötən ilin may ayında olduğunu deyib. Ələt qəsəbəsinin Füzuli küçəsində yaşayan 1997-ci il təvəllüdlü F.M ərizə ilə müraciət edərək bildirib ki, 2014-cü ilin may ayında yaşadığı evdə tanıdığı Əlifağa adlı şəxs onu zorlayaraq cinsi əlaqədə olub.

Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsindən sayta məlumatı təsdiqləyiblər. Bildirilib ki, Əlifağa adlı şəxs qızın qardaşının qayınatasıdır.

Araşdırma aparılır.