backend

Erməni publisist: “Xocalıya görə sizdən üzr istəyirəm”

Erməni publisist: “Xocalıya görə sizdən üzr istəyirəm”















“Mən Xocalıda yüzlərlə insana qarşı olan soyqırımda ermənilərin iştirakına görə sizdən üzr istəyirəm”

Axar.az xəbər verir ki, bu açıqlama ilə mühacirətdə olan erməni publisist Vahe Avetiya öz Feysbuk səhifəsində çıxış edib.

O, Ermənistanın nə vaxtsa Xocalı qatillərini mühakimə edəcəyinə inandığını bildirib:

“Əziz azərbaycanlı qonşularım! Mən Xocalıda yüzlərlə insana qarşı olan soyqırımda ermənilərin iştirakına görə sizdən üzr istəyirəm. Sizi əmin edirəm ki, nə məni, nə dostlarımla yaxınlarımı qatil, hannibal və sadist kimi tərbiyə etməyiblər. Sizi əmin edirəm ki, əgər nə vaxtsa Ermənistanda qanuni xalq respublikası qurulsa, o zaman mənim ölkəm bu cinayətin araşdırılması və günahkarların məhkəmə qarşısında durması üçün bütün imkanlarından istifadə edəcək. Məncə, bütün ittihamları qəbul edib, məhkəmə qarşısında dayanmağa və öz vətəndaşlarının törətdiyi cinayətlərinə görə mühakimə etməyə cəsarəti çatmayan xalqın bu gün dünya ictimaiyyətindən yüz illər əvvəl öz atalarına qarşı törədilmiş cinayətin tanınmasını tələb etməyə haqqı yoxdur”.