backend

Bakıda ustaları döyən məmurun kimliyi bilindi

Bakıda ustaları döyən məmurun kimliyi bilindi


















Məhkəmə binasını təmir edən ustalarla məhkəmə işçiləri arasında baş verən insidentin detalları məlum olub

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə fevralın 25-də saat 16 radələrində baş verib. Q.Qarayev prospekti 36A-da yerləşən Nizami Rayon Məhkəməsinin İcra şöbəsinin inzibati binasında Bakı şəhər sakinləri - məhkəmə işçisi, 1982-ci il təvəllüdlü Dadaş Fərhadov, ustalar - 1983-cü il təvəllüdlü Ziya Rəhmanov və qardaşı, 1986-cı il təvəllüdlü Akşin xuliqanlıq zəminində bir-birilərini döyüblər. Nizami RPİ 25-ci PB tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, mediada yayılan məlumata görə, ustalar binanı təmir etdikdən sonra onlara gördükləri işin pulu verilməyib və bu da davaya səbəb olub.