backend

Kerri Rusiyanı Nemtsovun qatillərini tapmağa çağırdı

Kerri Rusiyanı Nemtsovun qatillərini tapmağa çağırdı






















“Mən çox üzüldüm”

ABŞ dövlət katibi Con Kerri Rusiya hakimiyyətini siyasətçi Boris Nemtsovun qətlində günahkar olanları tapmağa və mühakimə etməyə çağırıb.

Bu barədə qaynarxett.az TASS-a istinadən xəbər verir.

“Mən Moskvanın mərkəzində Rusiyanın keçmiş baş nazirinin birinci müavini olmuş Boris Nemtsovun dəhşətli qətli barədə öyrənəndə şok keçirdim və üzüldüm. Birləşmiş ştatlar Rusiya hakimiyyətini dayanmadan hərəkətə keçməyə və günahkarları tapıb mühakimə etməyə çağırır. Bizim fikirlərimiz Rusiya xalqı, Nemtsovun ailəsi və dostları ilədir, biz onu xatırlayırıq”, - deyə amerikalı diplomat deyib.

Kerri qeyd edib ki, Nemtsov həyatını demokratik, firavan və açıq Rusiyaya, həmçinin Rusiya və onun qonşuları və ABŞ da daxil olmaqla tərəfdaşları ilə münasibətləri möhkəmləndirməyə həsr etmişdi.

Xatırladaq ki, cümə günündən şənbəyə keçən gecə Moskvanın mərkəzində Boris Nemtsov qətlə yetirilib. 55 yaşlı siyasətçiyə 6 dəfə atəş açılıb, 4 güllə hədəfə dəyib. Nemtsov bazar gününə təyin olunmuş “Vesna” marşının təşkilatçılarından idi.