backend

Sabirabadda 30 min əhali körpüsüz qalıb

Sabirabadda 30 min əhali körpüsüz qalıb



















1990-cı ildən qəzalı vəziyyətə düşən körpü hələdə təmir olunmur

Sabir kanalının Sabirabad Suvarma Sistemləri idarəsinə aid hissəsində yerləşən qəzalı körpü Qırağlı və Təzə Qırağlı kəndlərini bir-birindən ayırır. Ətraf kəndlərdə yaşayan 30 minə yaxın kənd sakininin yolu həmin körpüdəndir. Qəzalı vəziyyətə düşdükdən sonra körpüdə onlarla bədbəxt hadisə baş verib. Sınıq körpüdən onlarla maşın, traktor, araba qəzaya düşüb. Hətta gecə vaxtı piyadalar da həmin körpüdən düşərək ciddi xəsarət alıb . Hələ yüzlərlə iribuynuzlu mal-qara, xırda baş qoyun-keçini demirəm, onlar da bu siniq körpünün ucbatından tələf olub. Dəfələrlə Sabirabad Suvarma Sistemləri İdarəsinə şikayətlər olunsa da idarə rəisi Əflan və mühəndis Əhmədağa müəllimlər gəlib körpüyə baxsalar da, heç bir tədbir görməyiblər.
İndi 30 minə yaxın kənd sakinləri körpüsüz qalıblar. Nə rayon icra hakimiyyəti, nə də Sabirabad Suvarma Sistemləri İdarəsinin rəhbərləri insafa gəlib bu körpünü təmir etmək istəmirlər. Hamının ümüdü yuxarı instansiyalardır. Bəlkə onlar qəzalı körpüyə bir əncam çəkələr.

Surxay Cahangirov,
bölgə muxbiri.