backend

Gürcüstandan şikayət

Gürcüstandan şikayət

















Gürcüstan Elm və Təhsil Nazirliyinin əsassız əmri

Hər birimizə məlumdur ki, Gürcüüstan Respublikası ərazisində azərbaycanlılar məskunlaşmışdır. Qabal kəndi də azərbaycanlıların məskunlaşdığı yerlərdən biridir. Qabalda on iki minə qədər azərbaycanlı yaşayır. Həmçinin kənar ölkələrdə də yeddi minə qədər Qabal əsilli soydaşlarımız yaşayır. Qabal, Qaracalar, Uzuntala, Gəncəli kəndlərini bir İcra nümayəndəliyi öz tərkibində birləşdirir.
Qabalda yerləşən 1 saylı orta məktəbin 99 yaşı var. Məktəb 1923-cü ildən etibarən fəaliyyət göstərir. Bütün illər ərzində Qabalda yerləşən 1 saylı məktəbdə təhsil alan Azərbaycan dilində aparılmış və məktəbdə Azərbaycan əsilli direktorlar rəhbərlik etmişlər.
Son dövrlərdə “Kartuli Otsneba” (gürcü arzusu) partiyası o qədər də aydın olmayan mövqe tutur. Gürcüstanda yüz iyirmiyə qədər Azərbayca dilli məktəb var. O məktəblərin direktorları qeyri-qanuni olaraq gürcü millətindən olan şəxslər təyin edilir. Bu azərbaycanlıların milli hüquqlarının və ana dilində təhsil almaq imkanlarının qarşısının kobud şəkildə alınması deməkdir.
Doqquz yanvar 2015-ci il tarixində Gürcüstan Elm və Təhsil Nazirliyinin əsassız əmri ilə Qabal kənd 1 saylı orta məktəbinin müvəqqəti direktoru olduğu halda məkətəbə gürcü millətindən olan Lamara Tabatadze direktor vəzifəsinə təyin edilmişdir. Lamara Tabatadze Tela kənd məktəbinin direktor icraçısı idi. Gürcü rəhbərliyinin gətirdiyi əsas arqumenti həmin şəxsin sertifikatlı direktor olmasıdır. Maraqlıdır ki, Loqodexi rayonunda iyirmi səkkiz məktəb və bu məktəblərdə səkkiz sertifikatlı direktor var. Müəmmalı cəhət isə L.Tabatadzenin başqa sertifikatsız gürcü dilli məktəbdə deyil, məhz Azərbaycan dilli məktəbə direktor təyin edilməsidir. Hal- hazırda L.Tabatadzenin keçmişdə işlədiyi məktəbində direktoru sertifikatsız fəaliyyət göstərir. Bu müəmmalı məsələlərə etiraz edən Qabal 1 saylı orta məktəbin müəllim və şagird heyyəti bu qərara qarşı 09.01.2015, 20.01.2015 tarixləri ərzində etiraz aksiyaları keçirmiş və dərslərdə iştirak etməmişdilər.
Bir kəlmə də olsun Azərbaycan dilində danışmağı bacarmayan, yerli azərbaycanlıların tarixi, ədəbiyyatı, psixologiyası haqqında heç bir məlumatı olmayan xanım L.Tabatadze görəsəən hansı sivil əsaslara görə direktor seçilib?

Fərman Qulamoğlu