backend

Qaxın meşəbəyilikdən icra başçısı vəzifəsinə yüksələn Musa Şəkiliyev - YENİLƏNİB

Qaxın meşəbəyilikdən icra başçısı vəzifəsinə yüksələn  Musa Şəkiliyev - YENİLƏNİB















Rayonun daha çox gəlir gətirən sahələrini başçıyla qohumluq əlaqəsi olanlar zəbt ediblər

Respublikamızın şimal zonasında yerləşən rayonlar içərisində, Qax rayonu daha çox sosial problemlər məngənəsində boğulur desək, yəqin ki, yanılmarıq. Bunu zəruri edən səbəblər içərisində ən başlıcası, rayon rəhbərliyinin həyata keçirdiyi səriştəsiz idarəçiliyin mahiyyətidir. Düzdür, cənab Musa Şəkiliyev icra başçısı təyin olunarkən tam əksəriyyət belə bir düşüncəyə sahib idilər ki, onun təyinatı rayona, sakinlərə uğur gətirəcək, saysız-hesabsız sosial problemlərin həlli ilə də nəticələnəcək. Amma zaman keçdikcə hər bir həqiqət, hər kəsə gün təki aydın oldu. Bilinib başa düşüldü ki, meçə təsərrüfatından icra başçısı vəzifəsinə təyinat alan M.Şəkiliyev, yenə də əvvəlki idarəçilik üslubu ilə idarəetməni həyata keçirir və çoxsaylı problemlərin əmələ gəlməsinə də, məhz onun özü səbəb olur.
Digər tərəfdən onun qohumbazlıq, dostbazlıq, yerlibazlıq faktorlarını daim öndə tutması, heç də diqqətdən kənarda qalmır. Rəhbərliyin ötən illər ərzində digər amillərə nisbətən, daha çox qohumbazlıq amilinə üstünlük verməsi isə, bu gün Qaxda hər kəsin müzakirə etdiyi mövzulardandır. Adicə bir məqama toxunmaqla nə demək istədiyimizi, hər kəsə bəyan etmək istəyirik. Məsələn, rayonun daha çox gəlir gətirən sahələrini, bu gün M.Şəkiliyevlə qohumluq əlaqəsi olanlar zəbt ediblər. Onlardan biri də, Qax rayon Suvarma Sistemləri İdarəsinin hələlik əbədi və əzəli rəhbəri hesab olunan Soltan müəllimdir. Bu şəxsin bəxti onda gətirib ki, o, həm rayon rəhbərliyinə qohumdur, həm də ki, tabe olduğu quruma rəhbərlik edən Əhməd Əhmədzadə, ölkənin şimal zonasındandır. Belə bir faktorun varlığı da, hələlik ona əbədi və əzəli rəhbər olmağa imkan verir. Elə bu kimi bağlılığın nəticəsidir ki, hal-hazırda rayonun SSİ-si bərbad haldadır. Büdcədən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməməsi, mənimsəmə faktorunun tüğyan etməsi, idarənin balansında olan nəqliyyat vasitələrindən əksər hallarda şəxsi məqsədlər üçün istifadəolunma və.s, onu söyləməyə əsas verir ki, həqiqətən də Soltan müəllimin nə tabe olduğu qurum rəhbərindən, nə də ki, rayon icra hakimiyyəti başçısından çəkinəcəyi yoxdur.
Diqqəti cəlb edən məqamlardan biri də, SSİ-i rəhbərinin M.Şəkiliyevi daim müdafiə etməsidir. Sözsüz ki, belə bir addımın da özəl səbəbləri var ki, bunlardan da bəzilərini yuxarıda qeyd etmişik. Məsələn, əldə etdiyimiz başqa bir məlumatlara görə rayon rəhbərliyindən hansısa mətbu orqanda, xəbər portallarında tənqidi açıqlama işıq üzü gördükdə, dərhal SSİ-nin rəhbəri ona bağlı olan “mətbuat nümayəndəsi”nin xidmətindən yararlanmağa çalışır. Məqsədi lazımi məlumatları əldə etmək, yeri gəldikdə isə qabaqlayıcı addımlar atmaq olur. Bəzən də elə hallar olur ki, SSİ-nin rəhbəri tənqidi açıqlama dərc edən şəxsin vasitəsilə, ona bağlı olan “mətbuat nümayəndəsi”nə “salam” da göndərir. Bu zaman göndərilən salamın nə demək olduğunu mahiyyət etibarilə başa düşməsək də, amma düşüncələrimizdə müəyyən qənaətə gəlməyi bacara bilirik.
Ümumiyyətlə, hal-hazırda respublikamızın şəhər və rayon rəhbərləri içərisində adı daha çox qalmaqallarda, KİV sahəsində çalışan “xanım jurnalist”lərlə hansısa formada işbirliyi qurmaqda, rəhbərlik etdiyi rayonda sosial problemlərin əmələ gəlməsinə səbəb olmaqda və.s adı daha çox vurğulanan vəzifə sahiblərindən biri də, M.Şəkiliyevin olduğu bildirilir.
Bu haqda növbəti saylarımızın birində.