backend

Cəmil Həsənlinin adından mitinqlə bağlı yalan məlumat yayıldı

Cəmil Həsənlinin adından mitinqlə bağlı yalan məlumat yayıldı














Milli Şuranın sədri Cəmil Həsənlinin adından onun facebook səhifəsində belə bir məlumat yerləşdirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti 15 mart mitinqinə razılıq verməyib və aksiyanın 22 marta keçirilməsini tövsiyə edib, Milli Şura da aksiyanın vaxtını martın 22-nə dəyişib

Cəmil Həsənli bununla bağlı azadliq.info-ya deyib ki, onun adından yayılan məlumat yalandır. Belə ki, onun facebook səhifəsinə müdaxilə olunub, bu saxta məlumat orada yerləşdirilib. Bundan başqa, onun səhifəsindən həm 15 mart mitinqi üçün, həm də bundan əvvəl yaradılan dəvətlərin hamısı ləğv edilib.

AXCP sədri Əli Kərimli də Milli Şuranın sədri Cəmil Həsənlinin "feysbuk" səhifəsinin ələ keçirildiyini bildirib və tərəfdarlarını martın 15-də keçiriləcək mitinqə dəvət edib.

Yeri gəlmişkən, Əli Kərimli bu məsələdə xüsusi xidmət orqanlarını günahlandırıb.

Mitinq Komitəsinin rəhbəri Fuad Qəhrəmanlı isə 15 mart aksiyası üçün BŞİH-dən hələ cavab almadıqlarını deyib. O, çağırış edib ki, aksiya ilə bağlı yalnız Mitinq Komitəsi adından yayılan məlumatlara istinad olunsun: "Mitinq Komitəsinin yaymadığı heç bir məlumat rəsmi xarakter daşımır".