backend

Ərdoğan İlham Əliyevi yola salıb Putinlə nə danışdı - (Sensasion təfərrüatlar) - ŞOK

Ərdoğan İlham Əliyevi yola salıb Putinlə nə danışdı - (Sensasion təfərrüatlar) - ŞOK













Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 17-də Qarsda Azərbaycan prezidenti İlham Əliyevlə və Gürcüstan prezidenti Georgi Margvelaşvili ilə birlikdə TANAP qaz boru kəmərinin təməlqoyma mərasimindən sonra Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb

Xəbər verildiyi kimi, bu telefon danışığı Azərbaycan prezidentinin Qarsdan Bakıya yola düşməsindən sonra baş tutub.

Kremlin mətbuat xidməti telefon danışığı zamanı “energetika sahəsində birgə layihələrə, o cümlədən “Türk axını” qaz kəməri layihəsinə dair” müxtəlif aspektləri müzakirə ediblər.

Kremldəki mənbələrə istinadən edən Rusiya mətbuatı isə yazır ki, telefon söhbətinin leytmotivini “Qazprom”la Türkiyənin “BOTAŞ” şirkəti arasında Türkiyəyə satılan Rusiya qazının qiymətlərində güzəştə dair gedən danışıqlar təşkil edir.

Belə ki, Türkiyənin “Hürriyet” qəzeti qazın qiymətlərində güzəşt məsələsinə görə “Türk axını” kəmərinə dair danışıqların pozulmaq üzrə olduğunu yazıb. “Kommersant”ın Rusiyadakı mənbələri bu məlumatı təsdiqləyib.

Fevralın əvvəllərində Türkiyənin energetika naziri Taner Yıldız bəyan etmişdi ki, “Qazprom” “BOTAŞ”a satdığı qazın qiymətini 10,25 faiz aşağı salmağa razılıq verib. Ancaq bu güzəştə dair əlavə razılaşma hələ imzalanmayıb. Şirkətlər güzəştin hansı qiymət komponentinə tətbiq edilməsi olduğuna dair razılaşma əldə edə bilmirlər.

“Qazprom” israr edir ki, müqavilədə əks olunmuş qiymətə güzəşt tətbiq edə bilər. “BOTAŞ” isə baza qiymətində israr edir. Hazırda qiymətlər arasında fərq cüzi olsa da neft kotirovkalarının artması nəticəsində fərq böyüyəcək.

Öz növbəsində “Qazprom” hələ də Türkiyə tərəfindən bu ölkənin Qara dənizdəki ərazi sularında “Türk axını” kəmərinin marşrutu üzrə araşdırmalara başlamağa icazə almayıb.

Rusiya tərəfinin bu barədə sorğusuna hələ cavab verilməyib. “Qazprom” nəzərdə tuturdu ki, “Türk axını” kəmərini ən geci 2018-ci ildə işə salsın və beləliklə də Azərbaycan qazının Türkiyə üzərindən Avropaya çıxışını qabaqlasın. Başqa sözlə, rəsmilər təsdiq etməsələr də Azərbaycan qazının nəql marşrutu ilə daha bir qaz kəmərinin çəkilməsinin, özü də bir neçə dəfə artıq gücdə, əlverişsiz vəziyyət yaratdığı ortadada idi.

Son günlərə qədər belə məlumatlar yayılırdı ki, Türkiyə və Rusiya “Türk axını” layihəsi üzrə işləri sürətlə aparırlar. Ancaq indi məlum olur ki, Putinin ötən il dekabrın 1-də Ankarada elan etdiyi və regionun enerji xəritəsini tamamilə dəyişən “Türk axını” layihəsi başlamadan iflasa uğraya bilər. Və Ərdoğan İlham Əliyevi Bakıya yola salandan sonra Putinlə bu məsələni müzakirə edib.

Ərdoğan İlham Əliyevi yola salıb Putinlə nə danışdı - (Sensasion təfərrüatlar) - ŞOK


















Bu layihənin “Qazprom”la “BOTAŞ” arasında qiymətlərdə güzəşt məsələsinə görə dalana dirəndiyi deyilsə də istisna deyil ki, məsələnin həm də siyasi motivləri ola bilər. Belə ki, Avropa İttifaqı əvvəldən “Türk axını” layihəsini real hesab etmədiyini bildirib.

Elə TANAP-ın təməlqoyma mərasimində Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şevçoviç bildirib ki, “Türk axını” layihəsi yarımçıqdır, tam əsaslandırılmayıb və bu layihəyə dair qərarlar istehıakçılarla, Avropa Komissiyası ilə məsləhətləşmələr aparılmadan verilə bilməz.

Digər tərəfdən, əvvəldən aydın idi ki, Putinin “Cənub axını” layihəsini dayandıraraq “Türk axını” layihəsini irəli sürməsi Türkiyənin enerji oyununda mövqelərini qat-qat gücləndirəcək. Nəticədə Ankara danışıqlarda öz şərtlərini diqtə etmək imkanı qazanacaq və Rusiyadan maksimum güzəşt qoparmağa çalışacaq.

Proses də elə bu yöndə gedir və Avropanın qaz bazarı uğrunda gedən geosiyasi mübarizədə “Türk qambiti” işə salınıb...(virtualaz.org)