backend

Avropa Parlamenti "erməni soyqırımı"nı tanıdı - Türkiyə Avropa Parlamentinin qərarına istehza etdi

Avropa Parlamenti "erməni soyqırımı"nı tanıdı - Türkiyə Avropa Parlamentinin qərarına istehza etdi




















Avropa Parlamenti saxta "erməni soyqırımı" layihəsini təsdiq edib

qaynarxett.az xəbər verir ki, Avropa Parlamenti qəbul etdiyi qətnamədə Türkiyəni "erməni soyqırımı"nı tanımağa çağırıb.

Türkiyə Xarici İşlər Nazirliyi isə Avropa Parlamentinin bu qərarına sərt reaksiya verib.

Nazirliyin açıqlamasında bu qərarın Türkiyə - Aİ əlaqələrinin inkişafına mane olacağı bildirilib.

"Avropa Parlamenti əvvəllər olduğu kimi yenə də 1915-ci il hadisələri mövzusunda yenidən saxta tarix yazmağa həvəslidir . Bu həvəs Türkiyə əleyhinə erməni təbliğatının stereotiplərini dəqiq təkrarlayan 15 aprel 2015-ci il tarixli gülünc bir qərar mətni ilə nəticələnmişdir.

Avropa Parlamenti qəbul etdiyi qərarla, beynəlxalq hüquqa zidd şəkildə və səlahiyyət dairəsini aşaraq etdiyi səhvi bir daha təkrar edib. Avropa Parlamentinin bu qərarını ciddiyə almırıq."