backend

“Yardım,”ın yardıma ehtiyacı var

“Yardım,”ın yardıma ehtiyacı var

























Aztəminatlı təbəqələrin əlil və şahid ailələrin sosial müdafiəsinin gücləndirilməsi, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi, gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur

2014-cü ildə rəsmi müraciət etmis 1216 ailənin sənədlərinə komissiya tərəfindən baxılaraq 1202 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. (Kürdəmir Rayon İcra Hakimiyyatinin başçısı C.C-un hesabat məruzəsi). Nə gözəl hesabat,odur ki,yollandıq Kürdəmir rayon Əhalinin sosial müdafiəsi mərkəzinə.İlk tanışlığımızı vətəndaşlara xidmətin səviyyəsindən başladıq. Doğrusu ilk baxışdan,bir qədər təəccübləndik. Hesabatdan göründüyü kimi, cəmi müraciət edənlərin 14 nəfərinə imtina edilsə də,mərkəzin rəhbərinin kabineti qarşısında azı 10,vətəndaşları qəbul otaq və masaların arxasında azı 20 nəfər durmuşdu. Biz mərkəzdə olduğumuz müddətdə (4-5 saat) 45-50 nəfərin qəbula gəldiyinin şahidi olduq.Vətəndaşları yaxşıca qəbul edirlər. Qısa suallarla suallandırırlar,1)maşınınız var, 2) ailə üzvlərinizdən xaricdə yaşayanınız varmı 3) işliyirsinizmi,işləyirsinizsə son 1 illik gəliriniz haqqında arayış və s. mərkəzdə olduğumuz müddətdə bir nəfərdən olsa belə rəsmi müraciət tələb olunmadı.Biz düşündük ki,qəbula gələn vətəndaşları mükəmməl qəbul edib,lazım olan sənədləri bütünlüklə yazılı şəkildə vətəndaşa təqdim edələr.Vətəndaşlarla söhbətimizdən aydın olur ki,nəinki maarifləndirmə işləri aparılır, yardımın verilməsinə elə “senzura” (500-1000 azn) qoyulub ki ,onu da ancaq imkanlı səlahiyyətli şəxslər,onların övladları yararlana bilərlər. Belə məlum oldu ki, kim “senzura”dan keçirsə lazım olan düzəlmiş sənədləri (şəhər soveti köməyi ilə - əgər evdə 7-8 nəfər yaşayırsa onu lazım olan şəkildə, yaxud vətəndaşı “kirayəçi” kimi, yaxud avtomobili varsa müvəffəqiyyəti başqasının adına keçirilir) əhalinin sosial mərkəzinin rəhbəri İlyas müəllimin razılığı və birbaşa sayı ilə qəbul olunur, komissiya tərəfindən təsdiq olunur və “aztəminatlı” ailəyə yardım kartı təqdim olunur. Araşdırmamız davam edir..