backend

Rusiyada azərbaycanlı “ət kralı”nın meyiti tapıldı

Rusiyada azərbaycanlı “ət kralı”nın meyiti tapıldı
























Onu 3 ay idi ki, axtarırdılar

Surqutda itkin düşmüş azərbaycanlı iş adamı Barat Əkbərovun meyiti tapılıb.

qaynarxett.az xəbər verir ki, qohumları artıq onun meyitini tanıyıblar.

İstintaq komitəsinin Yuqra vilayəti üzrə idarəsindən “Uralinformbyuro”ya bildiriblər ki, faktla bağlı qətl maddəsi üzrə cinayət işi açılıb. Meyit ölümün səbəbi və vaxtını müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizaya göndərilib.

Qeyd edək ki, cari ilin yanvarın 16-da 49 yaşlı Barat Əkbərov doğmalarına evə gəldiyini bildirsə də gəlməyib.

İlkin məlumatlara əsasən, biznesmen maşınını evin həyətində park edəndən sonra bir neçə nəfər ona hücum edib “Moskviç-2141” maşınına oturdub aparıblar. O zaman yerli KİV yazırdı ki, maşın azərbaycanlıya məxsusdur.

Barat Əkbərov ət məhsullarının satışı ilə məşğul olurdu.