backend

Elşad Miri: Məkkədəki qara daşın dini heç bir əhəmiyyəti yoxdur

Elşad Miri: Məkkədəki qara daşın dini heç bir əhəmiyyəti yoxdur






















“İslamda ya bir əllə, yaxud iki əllə salavat gətirmək anlayışı yoxdur”

Həmişə inanmışam ki, ateist, deist və ya agnostiklərin heç biri İslamı araşdıraraq yox, ətrafındakı insanlara, daha doğrusu dini dar olan “dindar”ların ciddi “səylər”i nəticəsində özlərini ateizm dininin ağuşuna atdıqlarını iddia edirlər.

qaynarxett.az xəbər verir ki, bu sözləri Azərbaycanın tanınmış ilahiyyatçısı Elşad Miri Facebook-da yazıb.

İlahiyyatçı qeyd edib ki, o, İslamı deyil, İslamla eyniləşdirilən uydurulan dinə qarşı çıxaraq Allahın dininin yayılmasının tərəfdarıyam.

Elşad Miri həmçinin İslam dini ilə bağlı bəzi mülahizələrini paylaşıb:

“Merac məsələsi müxtəlif mifologiyalarda və dinlərdə var, amma Quranda merac anlayışı yoxdur. Hədislərdə meracla bağlı nüanslar çoxdur.

Həccə dini biznes olaraq yanaşılır. Mən buna qarşıyam. Həcc isə bütün dinlərdə mövcud olan bir ibadətdir. Həcdə gördüklərim neqativlər isə tamamilə ayrı məsələnin mövzusudur. Ziyarətgah olaraq isə pir, ocaq, övliya və sair məsələsinə qarşıyam. Daha doğrusu İslam bunu qəbul etmir.

Nə Quranda, nə də Peyğəmbərin hədislərində ŞEYTANA DAŞ ATMA anlayışı yoxdur. Həmin yerin adı isə sadəcə CƏMARATdır.

Qara daşın dini heç bir əhəmiyyəti yoxdur. Ondan nə isə istəmək isə bütpərəstlikdir.

“Salavat gətirmək... Bəli, İslamda ya bir əllə, yaxud iki əllə salavat gətirmək anlayışı yoxdur. Hətta iddia edirlər ki, sünnilər iki əllə, şiələr təkcə sağ əllə etməlidirlər. Bu ikisinin səhv olduğunu bir daha bəyan edirəm. Ən çox çirklənən əllərimiz ağzımıza və üzümüzə hər dəfə aparıb salavat gətirmək nə dərəcədə doğrudur? Əgər belə anlayış olsaydı, o zaman Peyğəmbərin dövründə yaşayan müsəlmanlar gərək əllərini üzlərinə yapışdırardılar...”.

Qeyd edək ki, Elşad Miri bu fikirləri bir müddət əvvəl Azvision.az portalının baş redaktoru Vüsal Məmmədov ilə aralarında olan diskussiyanı şərh edərək yazıb.