backend

Gələcəyə doğru inamla addımlayan Lənkəran

Gələcəyə doğru inamla addımlayan Lənkəran

Rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində Taleh Qaraşovun əməyi böyükdür

Bu gün ölkəmizin hər yerində geniş abadlıq-quruculuq işləri gedir. Bunun da nəticəsində respublikamızın bütün regionları gündən-günə öz simasını dəyişərək abad və gözəl şəhərə çevrilirlər. Bu müstəvidə Lənkəran rayonunda da gedən abadlıq-quruculuq işlərinin geniş vüsət alması və bu çərçivədə şəhərimizin ən gözəl məkanlardan birinə çevrilməsi hamımızda qürur hissi doğurur. Onu da deyim ki, mən Lənkəran rayonunda əvvəllər də olmuşdum. Amma üstündən illər ötəndən sonra oraya yenidən getdiyimdə oradakı dəyişiklikləri görüb sözün əsl mənasında heyrətə düşdüm. Belə ki, şəhərin giriş hissəsindən başlayaraq çıxışına qədər hər yerdə geniş abadlıq-qüruculuq işləri aparılır. Bütün bunlar insana olduqca xoş təəssürat bağışlayır. Onu da deyək ki, abadlıq işləri çərçivəsində şəhərin Dövlət Bayrağı meydanında xeyli işlər görülmüş, şəhər daxilindəki mağazaların və digər sosial obyektlərin, binaların, fərdi evlərin fasadları və hasarları yenidən qurulmuşdur. Şəhərin bütün bina və küçələrində də işıqlandırma sistemi yenidən qurulmuşdur. Eyni zamanda rayon ərazisində çoxlu ağac və gül kolları əkilmişdir. Əkilən ağacların əksər hissəsini həmişəyaşıl ağaclar təşkil etmişdir. Lənkəranın Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində Lənkəran Rayon İcra başçısı Taleh Qaraşovun əməyi böyükdür. Taleh müəllim rayonda aparılan abadlıq-quruculuq işlərini özünün xüsusi diqqət mərkəzində saxlayır.

Dövlət başçısının tapşırığı ilə Lənkəranda həyata keçirilən infrastruktur layihələrin yeni mərhələsi başlayıb. Bu mərhələdə çoxmərtəbəli yaşayış evləri, park və xiyabanlar yenidən qurulur, yollar təmir edilib asfaltlanır. Dövlət başçısının tapşırığı ilə Lənkəranda abadlıq quruculuq işlərinin ikinci mərhələsi başlayıb. Bu mərhələ üçün planlaşdırılan infrastruktur layihələr şəhərlə yanaşı kənd və qəsəbələri də əhatə edir. Küçələrin asfaltlanması da diqqət mərkəzindədir.
Son illərdə Lənkəran rayonu ildən-ilə gözəlləşməkdədir. Rayonun hər tərəfində səliqə-səhman göz oxşayır, yollar çəkilir, evlərin fasad hissəsi dəyişdirilir. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Lənkəranda turizmin inkişafı üçün potensial imkanlar yaradır. Bir sözlə, Lənkəran inamla gələcəyə doğru addımlayır

Biz rayonda olarkən Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş voleybol idman növü üzrə ali və orta ixtisas məktəblərinin tələbə qızlardan ibarət komandaları arasında rayon birinciliyi keçirilirdi. Yarışdan öncə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları və tələbələr Heydər Əliyev Muzeyini ziyarət etmişlər. Burada tələbələri Ümummilli Lider Heydər Əliyevin genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərlə tanış etməklə yanaşı onlara Heydər Əliyevin siyasi irsi haqqında geniş məlumat verildi.
Daha sonra Lənkəran Tibb Kollecinin idman meydançasında baş tutan yarışı giriş sözüylə açan Lənkəran Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov bildirdi ki, Ulu Öndərin əziz xatirəsi hər bir gəncin qəlbində daim yaşayacaqdır. Yarışın hakimi Fəzail Əbilov tərəfindən keçirilən püşkatmanın nəticələrinə əsasən ilk oyun Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Humanitar Kollecinin komandaları arasında baş tutdu. İlk setdə Lənkəran Dövlət Humanitar Kollecinin komandası 25-14, II setdə isə 25-5 hesabıyla qalib gəldi. İkinci oyun Lənkəran Tibb Kollecinin komandası ilə Lənkəran Dövlət Humanitar Kollecinin komandası arasında baş tutdu. Bu oyunda Lənkəran Tibb Kollecinin komandası I setdə 25-20, II setdə isə 25-16 hesabıyla qalib gəldi. Üçüncü oyun Lənkəran Tibb Kollecinin və Lənkəran Dövlət Universitetinin komandaları arasında oldu. Bu oyunda Lənkəran Tibb Kollecinin komandası ilk setdə 25-13, II setdə isə 25-8 hesabıyla qalib gəldi
Oyunların nəticələrinə əsasən Lənkəran Tibb Kolleci birinci, Lənkəran Dövlət Humanitar Kolleci ikinci, Lənkəran Dövlət Universitetinin komandası isə üçüncü yerə layiq görüldülər. Komandalara Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov tərəfindən diplomlar və qalib komandaya kubok təqdim olundu.
Yarışda 38 idmançı, 70-ə yaxın azarkeş iştirak edirdi.
Doğrudan da Lənkəran regionun mərkəzinə çevrilməkdədir. Rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində rayon İH başçısı Taleh Qaraşovun əməyi böyükdür. Əminik ki, Lənkəran bundan sonra da gözəlləşəcək və abadlaşacaq. Biz Lənkəranın respublikamızın ən gözəl və abad rayonlardan birinə çevrilməsində böyük əməyi olanların hamısına, o cümlədən rayon rəhbərliyinə bu şərəfli işdə uğurlar arzulayırıq.