backend

Xaləddin İskəndərovun birinci müavini Hava Limanında yaxalandı– Qaçmaq istəyirmiş

Xaləddin İskəndərovun birinci müavini Hava Limanında yaxalandı– Qaçmaq istəyirmiş




















Binəqədi rayon İcra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov ölkədən qaçmaq istəyərkən Beynəlxalq Hava Limanında təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən yaxalanıb. Ona bildirilib ki, ölkədən çıxmasına rəsmi qadağa var. Bu barədə istiqlal.az-a Binəqədidəki mənbələrdən məlumat daxil olub.

Mənbənin bildirdiyinə görə, İ.Süleymanov icra başçısı Xaləddin İskəndərovun ən etibarlı adamlarından biridir və rayondakı tikinti-təmir işlərini kurasiya edir. Yanan binaya görə başçıdan sonra məsuliyyət daşıyacaq ikinci şəxsdir.

Istiqlal.az-ın araşdırmalarına görə başçı ilə müavin arasında həm də dostluq münasibətləri var. Onlar uzun illər vergi sistemində birgə çalışıblar - X.İsgəndərov başçı təyin olunan kimi onu yanına aparıb və müavin təyin edib.

1970-ci il təvəllüdlü İlqar Süleymanov Gədəbəy rayonunun Keşişkənd kəndində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Maliyyə kredit” fakultəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1992-ci ildə Xızı rayon Dövlət Vergi Müfəttişliyində Dövlət vergi müfəttişi, şöbə rəisi olaraq başlamış, 2000-2001-ci illərdə Xızı rayonu üzrə Vergilər şöbəsinin rəisi, 2001-2002-ci illərdə Nəsimi rayonu üzrə Vergilər İdarəsində rəis müavini, 2002-2004-cü illərdə Bakı şəhəri Baş Vergilər İdarəsində Operativ nəzarət idarəsinin rəis müavini, 2004-2010-cu illərdə Vergilər Nazirliyinin vergi ödəyicilərinin auditi baş idarəsinin şöbə rəisi, 2010-2012-ci illərdə 6 saylı Ərazi Vergi İdarəsinin rəisi, 2012-ci ildə Vergilər Nazirliyinin iqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsində rəis müavini vəzifələrində çalışmışdır.

2012-ci ilin dekabrından Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə, 2013-cü il dekabrından isə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib.