backend

“Barselona” Çempionlar Liqasının qalibidir - VİDEO

“Barselona” Çempionlar Liqasının qalibidir - VİDEO






















Oyunda son nöqtəni Neymar qoydu

Berlin Olimpiya stadionunda Çempionlar Liqasının “Barselona” və “Yuventus” komandaları arasında final qarşılaşması başa çatdı.

qaynarxett.az xəbər verir ki, oyunda hesabı 4-cü dəqiqədə “Barselona”nın oyunçusu İvan Rakitiç açdı. 55-ci dəqiqədə Alvaro Morata hesaba tarazlıq gətirdi.

Lakin qoca sinyoranın bundan artığına gücü çatmadı.

Əvəzində “Barselona” 68-ci dəqiqədə Luis Suares, hakimin əlavə etdiyi dəqiqələrdə isə Neymarın qolu ilə Avropanın ən güclü klubu adını qazandırdı.

Beləliklə, kataloniyalılar 3:1 hesabı ilə qalib gəldi – Çempionlar Liqasının kuboku Barselonaya gedir.