backend

Türkiyədə yeni hökumət necə qurulacaq? – Mövcud şərtlərlə mümkün olan variantlar

Türkiyədə yeni hökumət necə qurulacaq? – Mövcud şərtlərlə mümkün olan variantlar

















Bildiyimiz kimi dünən Türkiyədə keçirilən parlament seçkilərinin nəticələri artıq açıqlanıb. Hakim Ədalət və İnkişaf Partiyasının keçirilən parlament seçkilərindən sonra tək başına hökumət qura bilməsi üçün parlamentdəki millət vəkili sayının yarısınıdan çoxunu tutmalıdır

Belə ki, 550 millət vəkili olan parlamentdə 276 yeri tutan partiya tək başına hökumət qurmaq haqqı qazanır. Amma AK Partiyanın parlamentdə 258 yer qazanması Türkiyədə qurulacaq yeni hökumət üçün bir neçə variantı mümkün edir.

1. Ədalət və İnkişaf Partiyası azlıq hökuməti qurar

AK Partiyanın parlamentdəki yerlərin yarısından azını qazanacağı təqdirdə azlıq hökuməti qura bilər. Bunun üçün AK Partiyanın xaricdən başqa bir partiyanın dəstəyini almalıdır.

2. AKP-MHP koalisiya hökuməti qurular

AK Partiya və MHP-nin millət vəkili sayı koalisiya hökuməti qurub parlamentdə hökuməti təsdiqləməyə kifayət edir. Başda baş nazir Əhməd Davudoğlu olmaqla iqtidan partiyanın üzvləri seçki kampaniyası ərəfəsində HDP və CHP-ni çox sərt şəkildə tənqid etdiyi halda MHP-yə qarşı daha yumşaq olmuşdu. Davudoğlu belə MHP lideri Dövlət Baxçalının məmləkəti Osmaniye mitinqində mitinq iştirakçıların Baxçalının əleyhinə fikir səsləndirməsinin qarşısını almışdı.

3. AKP-CHP koalisiya hökuməti qurular

Hökuməti qurmaq üçün növbəti yol AK Partiya ilə CHP-nin koalisiya hökuməti qurması variantıdır. Ancaq seçki kampaniyaları zamanı bu məsələ CHP lideri Kamal Kılıçdaroğlu tərəfindən qəti olaraq rədd edilmişdi.

4. AKP-HDP koalisiya hökuməti qurular

AKP-HDP koalisiyası seçki kampaniyaları boyunca üzərində ən çox durulan variant olmuşdu. Ancaq HDP-nin həmsədri Səlahəddin Dəmirdaş seçkilərdə 10 %-dən çox səs toplayacaqları halda AKP ilə koalisiyaya girməyəcəklərini bir neçə dəfə açıqlamışdı.

5. CHP-MHP- HDP koalisiya hökuməti qurular

AK Partiyanın tək başına iqtidar ola bilmədiyi parlamentdə CHP, MHP və HDP-nin riyazi olaraq koalisiya qurması mümkün ola bilər. Ancaq MHP və HDP-nin belə bir koalisiyada bir yerdə olmaları ehtimalı çox zəif ehtimaldır.

6. CHP-MHP azlıq hökuməti qurar, HDP də xaricdən dəstəkləyər

CHP və MHP mövcud səs nisbətləri ilə koalisiya qura bilər, amma parlamentin dəstəyini ala bilməyəcək. Çünki iki partiyanın birlikdə millət vəkili sayı təxminən 220 millət vəkilidir. Bu halda CHP və MHP koalisiyası ancaq azlıq hökuməti ola bilər. HDP ya AK Partiyanın xaricdən dəstəyi ilə parlamentin də dəstəyini ala bilər.
Dörd partiyanın iştirak etdiyi Türkiyə parlamentində partiyaların seçki kampaniyalarında xalqa verdikləri vədləri də nəzərə alsaq prezident üsul idarəsinin gətirilməsi mübahisəli hala gəlir. Seçki kampaniyasında prezident respublikası sistemini müdafiə edən yalnız AK Partiya olmuşdu. Digər üç partiya isə bu sistemi qətiyyətlə rədd etmişdi. Prezident üsul idarəsinə keçmək üçün konstitusiya dəyişikliyi edilməsi lazımdır.
Mövcud konstitusiyaya görə konstitusiya dəyişikliyinin referenduma çıxarılması üçün ən azı 330-367 arası səslə parlamentdə qəbul edilməsi lazımdır. Bu səslə qəbul edilən qanun layihələrini prezident ya referenduma çıxarır, ya da parlamentə geri göndərir. Məclisin yenidən eyni səslə həmin qanun layihəsini qəbul etməsi nəticəsində layihə məcburi olaraq prezident tərəfindən referendum yolu ilə səs qoyulur.
Konstitusiya dəyişikliyinin referendum yoluyla səsə qoyulmadan qüvvəyə minməsi üçün 367 millət vəkilinin səsi lazımdır. Belə olduğu halda prezident qanun layihəsini referendum yoluyla səs qoya və ya qüvvəyə minməsinə imza ata bilər.
Dünən keçirilən seçkilərin nəticələri isə prezident respublikası sisteminə keçidin hələ ki, mümkün olmadığını ortaya qoyur.(avropa.info)