backend

Bakının Nəsimi rayonu, Mirzağa Əliyev küçəsinin bəzi sakinləri sentyabrın 11-də Bakı Şəhər İcra Hakimiyyətində olublar

Bakının Nəsimi rayonu, Mirzağa Əliyev küçəsinin bəzi sakinləri sentyabrın 11-də Bakı Şəhər İcra Hakimiyyətində olublar

Bakının Nəsimi rayonu, Mirzağa Əliyev küçəsinin bəzi sakinləri sentyabrın 11-də Bakı Şəhər İcra Hakimiyyətində olublar






















Bakının Nəsimi rayonu, Mirzağa Əliyev küçəsinin bəzi sakinləri sentyabrın 11-də Bakı Şəhər İcra Hakimiyyətində olublar

Onlar Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovla görüşmək istəyiblər. Amma narazı sakinlərin istəyi baş tutmayıb. Buna səbəb Hacıbala Abutalıbovun onları növbəti dəfə qəbul etməməsi olub.

H.Abutalıbov şikayətçilərə, “mən onları qəbul edə bilmərəm. Buraya boş yerə gəliblər. Pul yoxdur” ismarışı göndərib.

Sakinlərin şikayət etmə səbəbləri isə onlara verilməli olan kompensasiyaların indiyədək ödənilməməsidir. Belə ki, bir neçə il öncə “Qış bulvarı”nın tikintisi zamanı Nəsimi rayonu ərazisində bu parka görə bir neçə küçədəki evlər sökülüb. Mirzağa Əliyev küçəsindəki evlər də həmin söküntü planına daxil idi.

Sakinlər narazı olsalar da, evlər söküldü. Ev sahiblərinə isə hər kvadratmetrinə 1500 manat məbləğində kompensasiya verildi. Amma Mirzağa Əliyev küçəsinin sakinləri hələ də narazıdırlar. Buna səbəb isə, onlara verilməli olan əlavə 20-30 faiz kompensasiyalardır ki, onlar da ödənilməyib.

“Prezidentin də sərəncamını saymırlar”

Bakı Şəhər İcra Hakimiyyətinə şikayət üçün gələn ev sahibləri musavat.com-a bunları deyiblər: “Bunlar prezidentin də sərəncamını saymırlar. İki ilə yaxındır ki, bizə verilməli olan 20-30 faiz əlavə kompensasiyanı vermirlər. Prezident İlham Əliyevin 2007-ci ildə verdiyi sərəncam var. Sərəncama əsasən yaşayış müddətini nəzərə alaraq, sökülmüş evlərin sahiblərinə 20-30 faiz arasında kompensasiya ödənilməlidir, amma ödəmirlər. Səbəb olaraq da, deyirlər ki, pul yoxdur. Necə yəni pul yoxdur? Evimizi söküblər, haqqımızı da verməlidirlər.

Məhkəmənin qərarı var. Bütün məhkəmələr bizim lehimizə qərar verib. Ən son Ali Məhkəmə də bizim xeyrimizə qərar çıxardı. Amma icra edən yoxdur. Deyirlər ki, gedin, verin Avropa Məhkəməsinə. Gülməlidir... Ali Məhkəmənin qərarının icra edilməsi üçün Avropa Məhkəməsinə müraciət etməliyəm? Mənim 70 yaşım var. Mən öləndən sonra pulu verəcəklər? Haqqımı tələb edirəm. Əlavə bir şey istəmirəm”.

“Ali Məhkəmənin qərarı, mənim üçün küləyin uçurduğu kağız qədər dəyərsizdir”

Bina sakinlərindən biri olan Başxanım Abbaslı deyir ki, 9 aydır kompensasiya almaq üçün mübarizə aparır: “Mənə 40 min manat kompensasiya ödənilməlidir. Amma ödəmirlər. Hara müraciət etməyimizdən asılı olmayaraq, fayda vermir. Hacıbala Abutalıbov da deyir ki, “Ali Məhkəmənin qərarı, mənim üçün küləyin uçurduğu kağız qədər dəyərsizdir”. İndi yenə onun yanına gəlmişik. Haqqımızı tələb edirik, başqa bir şey istəmirik. Bizə qanunla çatmalı olan pulumuzu versinlər. Məhkəmənin qərarını icra etsinlər. Biz dilənçi deyilik. Qanunla verilməli olan pullarımızı tələb edirik”.

Sakinlərin sözlərinə görə, kompensasiya ödənilməli olan ailələrin sayı 90-dan çoxdur: “Şikayətçi olan sadəcə biz deyilik. 94 ailənin haqqı tapdalanır. Bu qədər insanı get-gələ salmaq olmaz. Məmurlar bizi ya qəbul etmirlər, ya da “Pul yoxdur” deyib, yola salırlar. Evimizi sökməyə adam tapıldı, pulumuzu verməyə isə adam tapılmır”.