backend

Sürücülərin haqqını vermək istəməyən isə iş icraçısı Cəfər adlı şəxsdir

Sürücülərin haqqını vermək istəməyən isə iş icraçısı Cəfər adlı şəxsdir

Sürücülər ayağa qalxır












Neftçala rayonunda sürücülərin narazılığına səbəb olan hadisə baş verib. Belə ki, rayonun Bankə qəsəbəsində yeni sənaye məhəlləsi salınır və bu istiqamətdə təmir işlər gedir. Ancaq təmir üçün yük daşıyan sürüclərin haqqı verilmir. Redaksiyamıza şikayət məktubu ünvanlayan Əbülfət Hüseynovun sözlərinə görə o, sənaye məhəlləsinə 5 “SHACHMAN” markalı maşınla şebel gətirib. Lakin ona bunun üçün ödəniş olunmayıb. Şikayətçı deyir ki “mənimlə bərabər 20-yə yaxın sürücü var ki, onlar da haqqlarını almaqda çətinlik çəkirlər”. Sürücülərin haqqını vermək istəməyən isə iş icraçısı Cəfər adlı şəxsdir.Adı çəkilən Cəfərlə əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirməsini istədik. O, bildirdi ki, “bütün deyilənlər yalandır,mən onlara ödənişi etmişəm və ödəniş etdiyimi təsdiqləyən sənədlərim də var”Məsələni daha ətraflı öyrənib,aydınlaşdırmaq məqsədilə Neftçala rayon icra hakimiyyəti ilə də əlaqə yaratdıq. İdarədən bildirildi ki, icra hakimiyyəti məsələdən agahdır, lakin işi gördürən “M-NAKT” adlı özəl şirkətdir ki,bütün məsuliyyəti də şirkət özü daşıyır.Şikayətçi Əbülfət Hüseynov onu da əlavə etdi ki, onları narahat edən bu məsələyə çarə tapılmasa sürücülərlə birgə etiraz askiyası keçirəcəklər!Neftçalada aksiya:Sürücülər ayağa qalxır