backend

Bakıda növbəti dəfə lüks avtomobil sürücülərindən birinin özbaşınalığı müşahidə olunub

Bakıda növbəti dəfə lüks avtomobil sürücülərindən birinin özbaşınalığı müşahidə olunub

Hadisə Milli Məclisin binasının qarşısında baş verib.










Lüks maşınıni qadağan olunmuş ərazidə saxlayan şəxs Dövlət Yol Polisi (DYP) əməkdaşının xəbərdarlığına məhəl qoymayıb.
Məlumata görə, 10 PB 700 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü Milli Məclisin qarşısında qadağan olunmuş, avtobusların dayanması üçün nəzərdə tutulan zolaqda dayanıb.
Bu zaman ərazidə 10 P 027 dövlət nömrə nişanlı motosikletdə xidmət aparan DYP əməkdaşı sürücüyə xəbərdarlıq edib. Tərəflər arasında bir müddət danışıq olub. Daha sonra sürücü Milli Məclisə gəldiyini deyərək maşını orada saxlayacağını bildirib. Maşının qapılarını bağlayan sürücü Milli Məclisin binasına daxil olub.
Musavat.com saytının müxbiri sürücünün özbaşınalığı ilə bağlı DYP əməkdaşının fikirlərini öyrənib. DYP əməkdaşı sürücüyə xəbərdarlıq etdiyini, lakin sürücü tərəfindən qanuna əməl olunmadığını bildirib.
DYP əməkdaşı onu da qeyd edib ki, avtomobilin şəkili çəkilib və 40 manat cərimə yazılıb. Söhbət zamanı DYP əməkdaşı bildirib ki, bu maşın artıq bir neçə dəfə eyni yerdə qanunu pozduğu üçün cərimələnib.