backend

Qüdrət Qurbanov: "Ulu Öndərin ölkəmizin dəniz nəqliyyatının inkişafında böyük rolu var."

Qüdrət Qurbanov: "Ulu Öndərin ölkəmizin dəniz nəqliyyatının inkişafında böyük rolu var."
























Ulu Öndərin ölkəmizin dəniz nəqliyyatının inkişafında böyük rolu var.

20 aprel 2006-cı il tarixli 395 saylı Fərmanı ilə təsdiqlənmiş Əsasnaməyə müvafiq olaraq, Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır
Hələ fəaliyyətinin ilk illərindən ümummilli lider Heydər Əliyev Azərbaycanın tərəqqisi, inkişafı və müstəqilliyi üçün çalışmış, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra isə onun müdrik və uzaqgörən siyasəti sayəsində respublikamız bütün sahələrdə diqqətəlayiq nəticələr əldə etmişdir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin Əsas Qanunu - Konstitusiyanın qəbul edilməsi, hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ulu öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Dövlətimizin hazırkı nailiyyətlərinin əsasını Ümummilli Lider tərəfindən qoyulan ideyalar təşkil edir.
Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, dəniz nəqliyyatı kompleksinin inkişafı sahəsində də müstəsna rolunu diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, dəniz donanmasına malik keçmiş Sovet İttifaqı respublikalarının bir çoxunda donanmalar yararsız hala düşsə də, Heydər Əliyevin sayəsində iqtisadiyyatımızın strateji cəhətdən mühüm istiqamətlərindən biri olan dəniz nəqliyyatı üzərində nəzarət saxlanmışdır.
Bu sahəyə diqqət və qayğı bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda donanmada sərnişin bərələri, ro-ro tipli gəmilər, neft tankerləri, quru yük gəmiləri, boru kəməri çəkən, elmi-tədqiqat, qəza-xilasetmə, yedək və dalğıc gəmiləri, torpaqqazan və həmçinin analoqu olmayan iritonnajlı kran gəmiləri mövcuddur. Bu da ölkəmizi həqiqətən qüdrətli dəniz dövləti hesab etməyə əsas verir.
Ulu öndər Heydər Əliyev siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə–neçə nəsli bu böyük məktəbdən, ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaqdır.