backend

Xocavəndin icra başçısı haqda şok faktlar

Xocavəndin icra başçısı haqda şok faktlar















Xocavənd rayon icra hakimiyyətinin başçısı və yaxınları ilə bağlı ilginc faktların yer aldığı ağır ittihamlarla dolu informasiyalar daxil olub.

Bu barədə xəbər verən qaynağın bildirdiklərindən belə aydın olur ki, 1994- 95 cü tədris ilində Xocəvənd icra başçısı Eyvaz Hüseynovun qardaşi Fizuli Hüsynov Muğanlı kənd 1 saylı orta məktəbinin (qiyabi) bölümündən AN 101 684 nömrəli atestatı alıb.

Mənbənin söylədikləri: "1996-97-ci tədris ilində Xocavənd icra başçısı Eyvaz Hüseynovun qardaşı İbad Hüseynov Muğanlı kənd 1 saylı (qiyabi) orta məktəbinin AN 090 449 nömrəli atestatı alıb. Bildirmək istəyirik ki, Muğanlı kənd 1 saylı orta məktəbində o tarixlərdə qiyabi tədris müəsisəsi mövcud olmayıb”.

Dia.az xatırladır ki, İbad Hüseynov hazırda özünü bir çox dairələrdə qeyri-rəsmi olaraq Milli Qəhrəman kimi təqdim edir. Hətta onun təbliği ilə məşğul olan konkret bir media qrupu da var və bu günlərdə qardaş Türkiyədə İbad Hüseynov öz adına küçə də açdırdı. Bildirək ki, Türkiyədə müəyyən həcmdə maliyyə yardımı və yerli bələdiyyə ilə müəyyən yaxınlıq hesabına bu kimi "dəyərləndirməyə” istənilən bir tanınmış sima nail ola bilər. Yəni İbad Hüseynovun adına Türkiyədə küçənin rəsmiləşməsi onun heç də iddia etdiyi müharibə qəhrəmanlığının rəsmiləşdirilməsi anlamını daşımır.

Çünki İbad Hüseynovun hansısa qəhrəmanlığı Azərbaycan dövləti tərəfindən rəsmən təsbit olunmayıb və sadəcə olaraq qardaşı icra başçısı olduğundan İbad Hüseynovun güclü reklamı gedir. Bu isə ən azından qəhrəmanlığa yaraşan bir hərəkət deyil.

İndi isə aydın olur ki, İbad Hüseynovun, ümumiyyətlə, atestatı belə saxta imiş. Onu da biuldirək ki, əlimizdə bütün bunları sübut edən ciddi dəlillər və sənədlər də var.

Daha sonra mənbə dia.az-a yazır: "Aşağıda göstərdiyimiz Xocavənd İcra Hakimiyyətinin rayonda təhsil müəsisələri ilə bağlı əmrinin syrətində də adı çəkilən Muğanlı kənd 1 saylı orta məktəbində qiyabi təhsil şöbəsinin olmadığını sübut edir.
Muğanlı kənd 1 saylı orta məktəbində adı gedən illərdə qiyabi təhsil olmayıb və bu saxta atestatlar necə alınıb?
Əmrdən göründüyü kimi qiyabi təhsil ancaq Xocavənd və Qaradağlı orta məktəblərin nəzdində icazə verilib”.

Onu da bildirək ki, məlumatlı mənbə, ümumiyyətlə Xocavənd rayonunda bir sıra qanunsuzluqlarla bağlı da dia.az-ı məlumatlandırıb. Aşağıdakı suallara da yaxın günlərdə cavab axtarmağa çalışacağıq. Bizi izləyin:

- Əmralılar və Günəşli orta məktəbləri sökülərək icra materialından kimin üçün yeməkxana tikilib?

- Hansı icra başçısının övladları saxta diplomlarla işə düzəliblər?

- Və daha bir çox şok gizlinlər!

İddia olunanlarla bağlı dia.az olaraq bütün maqarlı tərəfləri dinləməyə hazırıq...