backend

İqtisad Universitetində 18 professor vəzifəsini itirəcək

İqtisad Universitetində 18 professor vəzifəsini itirəcək

















Hazırda universitetdə 70 yaşı keçən professor heyətinin sayı 18 nəfərdir və onların hamısı indi ştatdadır

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) çalışan professorların təcrübəsindən tədris və təlim prossesində istifadə etmək, tədris və elmi proseslərdə varisliyi təmin etmək, elmi-pedaqoji kadr hazırlığını daha da yaxşılaşdırmaq məqsədilə məsləhətçi-professor vəzifəsi yaradılıb.

Bu barədə "Report"a UNEC-dən məlumat verilib.

UNEC-də 15 ildən yuxarı professor ştatında qüsursüz çalışan və universitetin elmi-pedaqoji həyatında mühüm xidmətləri olan 70 yaşdan yuxarı əməkdaşlar öz razılığı ilə məsləhətçi-professor vəzifəsini tuta bilərlər. Məsləhətçi-professor akademik və inzibati vəzifələrdən azad olunacaq.

Məsləhətçi-professorlar kafedrada aparılan elmi-tədqiqat işlərinə məsləhət verə, doktorantlara və iddiaçılara elmi rəhbərlik edə, elmlər doktoru olmaq istəyən tədqiqatçıların məsləhətçisi ola bilərlər. Eyni zamanda, dərslik, dərs vəsaiti, proqram və digər tədris-metodik materialların hazırlanmasında yaxından iştirak edə, rəy verə bilərlər.

Məsləhətçi-professorlarla əmək müqaviləsi 5 il müddətinə bağlanılır və onun vəzifə maaşı, əlavə ödənişlər, digər güzəşt və imtiyazlar saxlanılmaqla professor-müəllim heyətinin əmək haqqı fondunun hesabına ödənilir.

UNEC-dən saytın sorğusuna cavab olaraq bildirilib ki, hazırda universitetdə 70 yaşı keçən professor heyətinin sayı 18 nəfərdir və onların hamısı indi ştatdadır.