backend

ETİRAZ VAR

ETİRAZ VAR

















"Azərboru" ASC-də fəhlələrin maaşlarını ala bilməmələrilə bağlı bəlumat yaymışdıq.

Xəbərdə qeyd olunurdu ki, rəhbərlik işçiləri işlətsə də, aylardır əməkhaqqıların verilməsində problem yaradır. Son xəbərlərdən aydın olur ki, rəhbrəlik vəziyyəti dəyişməyə o qədər də maraqlı deyil.

Teref.infoya Azərboru ASC dən zavodda indiki vəziyyət barədə şikayət daxil olub. Məlumat verən mənbənin yazdığına görə
zavodda bir qısm işçiyə maaş veriblər. Lakin fəhlələrin böyük hissəsi yenə pullarını ala bilməyiblər. Mənbə yazır ki:
"Zavod direktoru işçiləri qara və ağ adamlara bölüb. Direktor əmr edib ki, maaş hal hazırda zavoddan çıxan adamlara verilsin. Kassanın qarşısında böyük izdiham var idi. Fəhlələr direktorun bu əmrinə etirazedərək öz halal əmək haqlarını tələb edirdilər.
Zavodda işləyən 1100 nəfərdən 1000 nəfəri yəni 67%- i məcburi ezamiyyətə ( şikayətçi məzuniyyət nəzərdə tutub. red) göndəriblər. Hörmətli redaksiya biz ağ və qaradərili eşitmişdik lakin 1-ci 2-ci hətta 3 -cü sort insan məsələsi eşitməmişdik. İnanırıq ki, bizim səsimizi yuxarılarda eşidib bizə kömək edəcəklər!"
Bizdə Teref.info olaraq inanırıq ki, kimsə zavod direktoruna "dur" deyərək, fəhlələrin haqqını onlara verəcək!
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!