backend

Azərbaycanlı müğənnilərin yenilənmiş toy qiymətlərini sizlərə təqdim edirik

Azərbaycanlı müğənnilərin yenilənmiş toy qiymətlərini sizlərə təqdim edirik
































Xalq artisti Aygün Kazımova: “Bütöv toy idarə etmirəm.

Yalnız yarım saatlıq oxuyuram. Yarım saat 6 min manatdır. Amma bu qiymət bölgələr üçün deyil. Toy paytaxtımızdan kənardadırsa, qiymət təbii ki, artacaq”.

Röya Ayxan: “Yarım saat 8 min manat. Bütöv toya getmirəm”.

Sevda Yahyayeva : Yarim saat 3 min manat,bütov toyu özümün geniş ansamblımla birlikdə 9 min manata aparıram.Mənimlə bərabər gənc oğlan ifaçı da bütov toyda məclis əhlinin toyunun şən keçməsinə yardım göstərir.

Aparıcı-müğənni Murad Arif: “Yarım saatlıq 1000, toyu isə 2500 manata aparıram (Ansamblsız)”.

Xəyyam Nisanov : Yarim saatlıq 2500, bütöv toyu isə 8500 aparıram.

Xalq artisti Bilal Əliyev: “ 1 milyon manata. Mənim toy qiymətim budur”.

Xalq artisti Nazpəri Dostəliyeva: “Bütöv toyu 10 minə, yarım saatı isə 3 min manata gedirəm”.

Xalq artisti Səməd Səmədov: “Bütöv toy 5 min, yarım saatı 1500 manata”.

Xalq artisti Gülyanaq Məmmədova: “Yarım saatı 2500, bütöv toyu bacımla birgə 8 min manata idarə edirəm”.

Əməkdar artist Mətanət İsgəndərli: “Yarım saat 3000-3500 arası, bütöv toy isə 7 min manat”.

Əməkdar artist Abbas Bağırov: “ Bütöv toyu 20 min, yarım saatı 6 min manata gedirəm. Onu da deyim ki, iyirmi min manatın hamısı mənə çatmır. On səkkiz nəfərdən ibarət musiqiçi var. Onlarla bölüşürəm”.

Əməkdar artist Lalə Məmmədova: “Bütöv toy 8 min, yarım saat 3 min manata”.

Müğənni Manaf Ağayev: “Toya yarım saatlıq getmirəm. Bütöv toyu 5 minə oxuyuram”.

Xanəndə Elnarə Abdullayeva: Yarım saatı 3 min, bütöv toyu 10 min manata idarə edirəm. Bu qiymət yalnız Bakıdadır. Paytaxtdan kənarda toy qiymətlərim bundan bahadır”.

Müğənni Nuri Sərinləndirici: “Bakıda bütöv toy 15 min, bölgələrdə isə 20 min manat”.

Müğənni Elton Hüseynəliyev: “Bütöv toy 12 min, yarım saat 4 min”.

Müğənni Nazənin: “Bütöv toyu tək 6 min, ansambla 8 min, yarım saatlıq isə 2 minə gedirəm”.

Müğənni Mətanət Əsədova: Yarım saat 2 min, 1 saat 3 min, bütöv toy 8 min manat.

Müğənni Elvin Abdullayev: “Bütöv toy 5 min, yarım saat 1500”.

Müğənni Günay İbrahimli: “Yarım saat 2.500 manat, bütöv 8 min”.

Müğənni Səidə Dadaşova: Yarım saatlıq 500, musiqiçilərsiz bütöv toy isə 1500 manata.

Müğənni Pərvin Lətifov: “Yarım saatı 1500, bütöv toyu 4 min manata oxuyuram”.

Müğənni Aysel Əlizadə: “Bütöv toya getmirəm. Yarım saatı 1500 manat”

Müğənni Ayan Babakişiyeva: “Bütöv toya getmirəm, yarım saat 2500 manat”.

Müğənni Emil Bədəlov: “Yarım saat 2 min, bütöv 5 min manat”.

Skripkaçı Səlim Abbasov: “Yarım saatı 3 minə gedirəm. Bütöv toy, ansamblla bir yerdə 6 minə gedirəm.

Sevinc-Sevil bacıları: “Allah hər kəsə xeyir iş qismət eləsin. Yarım saatı 3 minə, bütöv toyu 8 minə oxuyuruq”.

Müğənni Ülvi Qılınc: “Yarım saatı 1500 manata gedirəm. Bütöv toya getmirəm

Müğənni Yaşar Yusub: “Yarım saatı 1500, bütöv toyu 5 minə”.

Müğənni Yaşar Cəlilov: “Yarım saatı 1500, bütöv 4 min manata” .

Müğənni Təranə Qumral və Musa Musayev cütlüyü: “Yarım saat 2 min, bütöv toy 6 minə aparırıq”.

Rəqqasə Oksan Rəsulova: “Məndə saatla deyil. Sadəcə bir və ya iki rəqs 750 manatadır”.

Müğənni Elnarə Xəlilova: “Yarım saatı 5 min manata gedirəm”.(anews)