backend

"Baku-Bus" MMC-nin 6 və 8 saylı marşrut avtobusları fəaliyyətə başlayıb

"Baku-Bus" MMC-nin 6 və 8 saylı marşrut avtobusları fəaliyyətə başlayıb













"Baku-Bus" MMC-nin 6 və 8 saylı marşrut avtobusları fəaliyyətə başlayıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) daxil olan xəbərə görə, 6 saylı marşrut avtobusunun hərəkət cədvəli "Azadlıq" metro stansiyası– Ak.H.Əliyev küçəsi-Tbilisi prospekti-"Lider" televiziyası-"Elmlər Akademiyası" m/st.-"İçərişəhər" m/st.-20-ci sahə olacaq. 8 saylı marşrut avtobusunun marşrutu isə "Azadlıq" m/st.-S.Vurğun küç.-Heydər Əliyev Sarayı-"28 May" m/st. olacaq. Hərəkət istiqaməti Şəhidlər Xiyabanı-"Elmlər Akademiyası" m/st.-Koroğlu parkı-"Gənclik" m/st.-"N.Nərimanov" m/st.-"Montin" bazarı olan əvvəlki 6 saylı marşrut avtobusu 63 nömrəsi ilə əvəzlənib. Yəni, əvvəlki 6 saylı marşrut avtobusu artıq 63 saylı marşrutla sərnişinlərə xidmət göstərir.
Mənbə : İslamazeri