backend

Avro-2016-nın finalçılarının sayı 16 oldu

Avro-2016-nın finalçılarının sayı 16 oldu















AVRO-2016-nın seçmə mərhələsinin X turunun ilk günündən sonra Fransada keçiriləcək həlledici qarşılaşmalara vəsiqə qazanan yığmaların sayı 16-ya çatıb.

Meydan sahibi kimi final mərhələsinə qatılacaq “üçrənglilər”ə qoşulmaq hüququnu 15 komanda əldə edib.

Son gündə Almaniya, Polşa, Albaniya və Rumıniya da final mərhələsinə yüksəlib.

Seçmə mərhələdə uğur qazanan 15 komandadan 6-sı – İngiltərə, Avstriya, Şimali İrlandiya, Portuqaliya, İspaniya və Almaniya qrup qalibi adını qazanıb. 4 yığma - İsveçrə, Rumıniya, Albaniya və Polşa isə 2-ci yeri tutub. Digər 5 komandanın ilk iki yerdən hansını tutacağı dəqiqləşməyib.

Fransa (meydan sahibi), İngiltərə, Çexiya, İslandiya, Avstriya, Şimali İrlandiya, Portuqaliya, İspaniya, İsveçrə, İtaliya, Belçika, Uels, Rumıniya, Albaniya, Almaniya, Polşa.

Bundan başqa, üç komanda 3-cü yeri təmin edib. Həmin yığmalar İrlandiya, Macarıstan və Danimarkadı. Onlar ən azı pley-offa vəsiqəni təmin edib. Lakin üçüncülər arasında ən yaxşı nəticəyə malik olan Macarıstan birbaşa vəsiqə də əldə edə bilər.