backend

"AZAL" başqanı ilə Telman İsmayılovun sıcaq münasibətləri kimin əleyhinə işləyə bilər?

"AZAL" başqanı ilə Telman İsmayılovun sıcaq münasibətləri kimin əleyhinə işləyə bilər?
























"AZAL" prezidentinin fəaliyyəti ilə bağlı ölkə mətbuatında ara-sıra çox ciddi tənqidi yazılar gedir.Lakin indiyədək həmin yazılara bir o qədər ciddi reaksiya olmayıb

Görünür, oliqarx camiəsinin ən ciddi fiqurlarından biri olaraq Cahangir Əsgərov hələlik özünü müxtəlif vasitə və yollarla müdafiə etmək imkanındadır. Lakin ölkədə parlament seçkiləri ərəfəsində ilk növbədə oliqarx məmurların fəaliyyətinə maraq artmağa başlayıb. Cahangir Əsgərov da belələrindən biri sayılır.Onun yaxın aylarda sıradan çıxarılacağı barədə məlumatlar az deyil. Deyilənə görə, yeni müavini ilə işləmək məcburiyyətində qalan "AZAL" başqanı bu xəbəri çox böyük narahatlıqla qarşılayıb. "AZAL" prezidenti ölkədə sözün həqiqi mənasında söz sahibi olan məmurlardan sayılır. Onun Rusiyadan qovulmuş iş adamı Telman İsmayılovla və baş nazirin sabiq müavini Abbas Abbasovla sıcaq münasibətləri hamıya bəllidir. Qeyd edək ki, bəzi məlumatlarda Cahangir Əsgərov iş adamı Telman İsmayılovun kadrlarından biri kimi xarakterizə olunur. O zamanlar məsuliyyətdən yaxa qurtarmağa nail olan Cahangir Əsgərov sonradan Rusiya dövləti qarşısındakı xidmətlərə görə (?) "Dostluq" ordeninə "layiq" görüldü. Qəribədir ki, bəzi ehtimallara görə, Cahangir Əsgərov rusyalı dostları tərəfindən əməkdaşlığa cəlb edilib. Lakin bunun hansı əsaslara söykəndiyi məlum deyil. "AZAL" başqanı ilə "AST Telman" arasında münasibətlərə gəldikdə, onu deyə bilərik ki, bu iki şəxsin dostluq münasibətləri sovet dönəmindən, Telman İsmayılovun Bakı dəmiryol vağzalındakı restoranlardan birində ofisiant işlədiyi illərdən başlayır. Bura mütəmadi şəkildə toplaşan və böyük gələcəyə malik bir neçə gəncin parlaq fiqurlara çevrilə biləcəyini isə o vaxtlar heç kəs ağlına belə gətirə bilməzdi. Çox-çox sonralar bu gənclərin hər biri ayrı-ayrı yollarla, lakin sıx əməkdaşlıq şəraitində özünə görə ciddi sərvət və söz sahibi statusu əldə edə bildi. Deyilənə görə, Zabrat Birləşmiş Aviadəstəsində və Yevlax hava limanında rəis işləyərkən Cahangir Əsgərov göyərti və gül alveri ilə məşğul olan xırda ticarətçilərə məxsus yüklərin Telman İsmayılovun vasitəçiliyi ilə problemsiz Rusiyaya, əsasən də Moskva və Leninqrad şəhərlərinə daşınmasını təşkil edənlərdən biri olub. Təsadüfi deyildir ki, hər iki şəxs bu gün aralarındakı sıx dostluq münasibətlərinin zirvəsində olduğunu dəfələrlə kübar məclislərində etiraf edib. "AZAL" prezidentinin sıradan çıxarılması xəbəri yeni olsa da, kifayət qədər ciddi hesab edilməlidir. Çünki, Cahangiir Əsgərovun son dövrlərdəki əsas fəaliyyəti dövlət vəsaitlərinin silinməsinə və ardınca biznesinin xaricə transferinə xidmət edib. Lakin bu transfer əməliyyatlarında "AST Telman"ın bu və ya digər şəkildə iştirakı barədə bir söz deyilmir.