backend

"Sonalar Sonası" şadlıq sarayı istehlakçıların cibinə girir

"Sonalar Sonası" şadlıq sarayı istehlakçıların cibinə girir











Restoranın mətbəxində antisanitariya yaşanır Toy ən qədim adətlərdən biridir.

Hər kəs toyunun yaxşı keçməsi üçün əlindən gələni edir. Xüsusilə də toy məkanının seçilməsi toy sahibləri üçün ən önəmli məsələdir. Nəzərə alsaq ki, paytaxtda eləcə də bölgələrdə şadlıq saraylarının və restoranların sayı kifayət qədərdir. Seçim imkanı geniş olsa da, bu gün şadlıq sarayı seçmək çətin məsələdir. Çünki paytaxtda vətəndaşlara xidmət edən şadlıq saraylarının əksəriyyətinin fəaliyyəti qənaətbəxş hesab olunmur. Belə ki, çoxunda ciddi nöqsanlar var. Belə şadlıq saraylarından biri də Binəqədi rayonunun ərazisində yerləşən "Sonalar Sonası" şadlıq evidir. Bu məkan əhalinin sıx məskunlaşdığı ərazidə yerləşir. Bizə verilən məlumata görə, hər gün restoranın mətbəxində bişən kababın tüstüsü həmin ərazini bürüyür. Artıq insanlar bu şadlıq sarayının əlindən cana yığılıblar. Bizə verilən məlumata görə, "Sonalar Sonası" şadlıq sarayının mətbəxində antisanitariya hökm sürür. Şikayətçilər bildirirlər ki, orada süfrəyə verilən salatların içərisindən həşərat, eyni zamanda tük çıxıb. Hətta verilən məlumatlarda göstərilir ki, sözügedən şadlıq evində meyvə və tərəvəzlər süfrəyə çirkli şəkildə verilir. Bundan başqa süfrəyə düzülən qədəh , boşqab eləcə də çəngəl- bıçaq da yaxşı təmizlənməmiş olur. Bir sözlə "Sonalar Sonası" şadlıq sarayında xidmətin səviyyəsi sıfra bərabərdir. Mənbə bildirir ki, ofisiantların da xidmətindən danışmağa dəyməz. Bundan başqa toyuq, tikə və lülə kabab yarıçiy vəziyyətdə süfrəyə verilir. Bütün bunlar onu göstərir ki, "Sonalar Sonası" şadlıq sarayı yalnız və yalnız vətəndaşların cibinə girir. Deyilənə görə restoranın qiyməti elə də ucuz deyil. Lakin buna baxmayaraq şadlıq sarayı istehlakçıları yola verir. Etibarlı mənbələrin verdiyi məlumata görə, orada qeyri-peşəkar insanlar çalışır. Evində yemək bişirə bilməyən kəsləri şadlıq sarayına aşpaz kimi işə götürürlər. Salatların içərisində saç telinin, eləcə də həşəratın çıxması onu deməyə əsas verir ki, sözügedən şadlıq sarayının mətbəxində antisanitariya baş alıb gedir. Gigiyenik qaydalara əməl edilmir, aşpazlar qida hazırlanması zamanı zəruri olan əlcəklərdən də çox vaxt istifadə etmirlər. Salat hazırlayan, həm də isti yemək bişirir. Halbuki bunlar fərqli məsələlərdir və hər birinin ayrıca hazırlayanı olmalıdır. Mənbə bidlirir ki, "Sonalar Sonası"nın altında 30 tonluq soyuducu var. Və yay ayından başlayaraq bu soyuduculara balıq məhsulları alınaraq doldurulur. Təbii ki, çox ucuz və keyfiyyətsiz mal dondurularaq sezonda müştərilərə daha baha qiymətə sıranır.Eyni hal spirtli içkilərə də aiddi. Bu şadlıq evlərinin zirzəmlərində bahalı qablara şprislə saxta araq doldurulur. Müştərilər bunu sezməsin deyə ofisiantlara tapşırılır ki, butulkanı stola ağzı açıq halda aparsınlar. Təbii,ki məclisin əvvəlində masada olan araqlar saxta olmur. Məclis qızışandan sonra, toy əhli kefləndikcə yeni gətirilən araqlar hamısı saxta araq olur. Digər bir məqam isə bu restoranlarda vergidən yayınma ilə bağlıdır. Belə ki bu restoranlarda çalışan personalın yalnız az bir hissəsi ilə əmək müqaviləsi bağlanır. Qalan işçilər qanunsuz olaraq əmək müqaviləsi olmadan işə götürülür ki, bu da əmək qanunvericiliyinin kobud pozulması deməkdir. Bu üsulla restoran şəbəkəsinin rəhbərliyi Dövlət Sosial Müdafiə Fonduna köçürülməli olan vergilərdən yayınır. Qeyd edək ki, bu yöndə araşdırmamız davam edəcək.