backend

Avtosalonun Nəcəf adlı işçisi vətəndaşın hüquqlarını tapdalayıb

Avtosalonun Nəcəf adlı işçisi vətəndaşın hüquqlarını tapdalayıb















"O, əsəbi şəkildə mənə qayıtdı ki, get pulunu "Buta" sığorta şirkətindən al" İndi əksəriyyətin avtomobil almaq arzusu var.

Vətəndaşların yetərli hissəsi avtobus, metro çiləsindən qurtulmaq üçün şəxsi avtomobil almağa daha çox maraq göstərir. Son illər avtomobil sahibi olmağın yolları xeyli asanlaşıb. Belə ki, müxtəlif banklar bəzi şərtlər daxilində vətəndaşlara avtomobil almaqda köməklik göstərirlər. Amma vətəndaşlar əksər hallarda maşın sahibi olduqdan sonra bir sıra problemlərlə üz-üzə qalırlar. Belə olan təqdirdə maşın almaqlarına peşman olurlar. Dünən redaksiyamıza müraciət edən vətəndaş Nəbiyeva Sevda Ədilxan qızı "Hyundai Gəncə"nin fəaliyyətindən şikayətçi olduğunu bildirdi. 4 uşaq anası olan, 12 ildir həyat yoldaşını itirdiyini söyləyən Sevda xanım vurğuladı ki, 2014-cü ildə "Hyundai Azərbaycan"ın Gəncə şəhərində yerləşən diler şəbəkəsindən "Hyundai Elantra" markalı avtomobil alıb: "Maşını avtosalonun Nəcəf adlı işçisinin vasitəsilə aldıq. O bizə ilk gündən heç bir problemin olmadığını dedi. Maşını "Bank of Baku"da aylıq 750 manat ödənişlə kreditə saldıq. Sənədləşmə zamanı 6500 dollar pul ödədik. Yerdə qalan məbləği isə kreditə böldülər. Nəcəf adlı şəxs bizə dedi ki, maşının bütün sənədləri qaydasındadır, sığortası var və narahatlığa heç bir əsas yoxdur. Ona inandıq". Narazı vətəndaş deyir ki, bu ilin oktyabr ayının 12-də Şəmkir-Qazax yolunda avtoqəzaya düşüblər: "Maşını təmir elətdirmək istəsək də, buna nail ola bilmədik. Məlum oldu ki, Nəcəf bizi aldadıb. Belə ki, maşının sığortası yox imiş. Bununla bağlı avtosalonun işçisinə öz iradımı bildirdim. O isə əsəbi şəkildə mənə qayıtdı ki, get pulunu "Buta" sığorta şirkətindən al. Mən bu şirkəti yox, məhz Nəcəfi tanıyıram. Maşını onun vasitəsilə almışam. Əgər maşın sığorta olunmamışdısa, alqı-satqı zamanı məni xəbərdar etməli idi. Deməli belə çıxır ki, "Hyundai Azərbaycan"ın Gəncə şəhərində yerləşən diler şəbəkəsində vətəndaşlara bu formada maşın satırlar. Maşın hazırda Gəncə postundadır. Avtomobilin kreditini güclə ödəyirəm, onu təmir elətdirməyə maddi imkanım yoxdur. açıq-aşkar şəkildə aldadılmışam. Amma bu məsələni belə qoymaq fikrim yoxdur. Qəzet vasitəsilə "Hyundai Azərbaycan"ın rəhbərliyinə müraciət edib kömək istəyirəm. Xahiş edirəm ki, pozulmuş hüquqlarımın bərpa edilməsində, yəni avtomobilimin təmir olunmasında mənə yardım göstərsinlər. Maşın təmir olunmasa, yuxarı insantansiyalara müraciət edəcəm. Çünki başqa əlacım yoxdur". Şikayət redaksiyamıza axşam saatlarında daxil olduğu üçün "Hyundai Azərbaycan"ın rəsmilərinin münasibətini öyrənə bilmədik. Növbəti saylarımızda baş vermiş qanunsuzluqla bağlı ətraflı məlumat verməyə çalışacağıq. Bizi izləməyə davam edin.