backend

Qaradağ sosial-iqtisadi inkişaf yolunda

Qaradağ  sosial-iqtisadi inkişaf yolunda

















Qaradağ Rayon İcra Hakimiyyətinin 2015-ci ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi

Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov qeyd edib ki, Ümummilli Liderin uzaqgörən siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün dünyanın müxtəlif yerlərində müşahidə olunan xoşagəlməz proseslər, siyasi və iqtisadi böhranlar insanların etirazları ilə qarşılanır. Lakin ölkəmizin sağlam təməllər üzərində qurulan iqtisadi inkişafı təhlükəsiz şəraitdə yaşamağımızın qarantıdır. Qeyd olunmuşdur ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır, sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanın iqtisadi inkişaf modeli bir çox ölkələr üçün nümunə ola bilər.
Son doqquz ayda ölkəmizdə olan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qaradağ rayonunda da yüksək templə davam etdiyi, son illər Qaradağ rayonunda bir çox mühüm obyektlərin inşası uğurla başa çatdırıldığı deyilmişdir. İyun ayının 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Puta qəsəbəsindəki Hərbi Dəniz Qüvvələrinin yeni bazası və “N” saylı hərbi hissəsi bunun bariz nümunəsidir. Avqust ayının 3-də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu – “Çin-Aktau-Ələt limanı” üzrə hərəkət edən ilk sınaq konteyner qatarı avqustun 3-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatması, sentyabr ayında isə ikinci konteyner qatarı Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə hərəkət etməsi əldə olunan uğurların bir hissəsidir.
Qaradağ Ötən doqquz ayın yekunlarına əsasən rayon üzrə 491808,6 min manatlıq sənaye məhsulu istehsal edilməsi, sosial və iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 95495 min manat investisiyadan istifadə olunması vurğulanmışdır.
Rayon sənayesində qeyri dövlət müəssisələri tərəfindən 233925,8 min manatlıq, dövlət müəssisələri tərəfindən isə 257876 min manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. İstehlakçılara 552470,3 min manatlıq mal göndərilmiş, neft və qaz sənayesi müəssisələrində 396,8 min ton xam neft və 375,9 milyon kub metr təbii qaz hasil olunmuşdur.
Rayon üzrə 1423,7 min ton sement, 80,7 min ton mişar daşı istehsal edilmişdir. Ötən dövr ərzində rabitə xidmətlərinin həcmi 1794,2 min manat olmuşdur.
Pərakəndə əmtəə dövriyyəsi 2056931,2 min manat, əhaliyə göstərilən pullu xidmətlər isə 92800,0 min manat olmuşdur.
2015-ci ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatında fəaliyyət göstərən müəssisələr tərəfindən 16907,4 min manatlıq xidmətlər göstərilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov rayonun sosial-iqtisadi inkişafını təhlil etmiş, hər sahədə əldə olunan uğurlar, qarşıda duran vəzifələr haqqında geniş hesabat nitqi ilə çıxış etmişdir.
Hesabat yığıncağında iştirak edən sahibkarlar zalda quraşdırılmış mikrofonlara yaxınlaşaraq öz ürək sözlərini demiş, sahibkarlıq fəaliyyətinin inkişafını Azərbaycan Respublikasının dövlət siyasətinin əsas prioritet istiqamətindən biri olduğunu, ölkə başçısının sahibkarlığın və özəl sektorun tərəqqisinə daim dəstək və diqqət yetirdiyini, iqtisadiyyatda özəl sektorun inkişafına şərait yaratmasından sevindirdiklərini bildirmişdilər.
Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilmiş və yekdilliklə qəbul edilmişdir.