backend

VƏTƏN SIZƏ OĞUL DEYIR

VƏTƏN SIZƏ OĞUL DEYIR



















Suraxanı rayonunda çağrışçı gəncləri hərbi xidmətə yollandılar

Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsinin binası önündə çağrışçı gənclərinin təntənəli surətdə hərbi xidmətə yola salınması mərasimi keçirilirdi. Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, ağsaqqallar və gənclər, valideynlər çağrışçı gəncləri hərbi xidmətə yola salmağa gəlmişdilər. Şən və oynaq musiqi sədaları ətrafa yayılmışdı.
Tədbir iştirakçıları, o cümlədən çağrışçı gənclər Ulu Öndər Heydər Əliyevin abidəsi önünə təzə-tər gül-çiçək dəstələri qoydular.
Mərasimin açılışı zamanı Azərbaycanın Dövlət himni əzəmətlə səsləndi.
Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsinin rəisi Qurban Şirinov açaraq Azərbaycan ordusunun keçdiyi tarixi yol haqqında geniş məruzə etdi.
Valideynlər adından çıxış edən rayon sakinləri əsgəri xidmətə yola düşən çağrışçılara öz xeyir -dualarını verib, onlara öz məsləhət və tövsiyyələrini bildirdilər.
Mərasimdə çağrışçılar adından çıxış edənlər, ana vətəni laiqincə qoruyacaqlarını, nümunəvi əsgər olacaqlarını, doğma yurdun, el-obanın valideynlərinin onlara olan inamını daim yüksək səviyyədə doğruldacaqlarını böyük inam hissi ilə ifadə etdilər.
Tədbirin axırında , Qurban Şirinov bird daha çıxış edərək hərbi xidmətə yola düşən gəncləri, onların valideynlərini təbrik etdi, vətən naminə böyük fədakarlıq göstərməkdə, ordu quruculuğu sahəsində Ulu Öndərin ideyalarını , eləcə də layiqli siyasi davamçı, Ali Baş Komandan Prezident İlham Əliyevin Milli ordumuzun daim möhkəmlənməsi üçün göstrədiyi diqqət və qayğılara əməli işlərlə, nümunəvi xidmətləri ilə cavab verəcəklərini inamla bildirdi:
- Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın hərbi ənənələrinin qorunmasına önəm verərək hakimiyyətinin bütün dövrlərində gənclərimizin hərb işinə marağının gücləndirilməsinə ciddi diqqət yetirmişdi. O, qeyd edirdi ki, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindən biri olmalıdır. "Silahlı Qüvvələrin hər bir hərbi qulluqçusu "Vətənə, xalqa, dövlətə xidmət bizim ömrümüzün mənasıdır" - devizini dərk etməli, bu amalla yaşamalı və vicdanla xidmət etməlidir.

Sonra çağrışçılar məşhur “Azərbaycan “mahnısının sədaları altında Azərbaycan bayrağını öpərək , onun altından keçib hərbi xidmətə yola düşdülər.
Tədbir incəsənət ustalarının verdiyi maraqlı konsertlə başa çatdı.

Biz fürsətdən istifadə edib Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsinin rəisi Qurban Şirinovla görüşdük. Söhbət əsnasında öyrəndik ki, son illər ərzində hərbi komissarlıq strukturlarında həyata keçirilən islahatlara və bu islahatların bir təzahürü kimi Rayon Hərbi Komissarlıqlarının səlahiyyətlərinin nəzərə çarpacaq dərəcədə məhdudlaşdırılmasına, daha sonra isə bu səlahiyyətlərin ümumiyyətlə yeni yaradılmış Səfərbərlik xidmətinə verilməsi bu sahədə vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya hallarının aradan qaldırılmasına səbəb olub.

Etiraf edək ki, general-leytenant Arzu Rəhimov səfərbərlik xidmətinə rəhbər təyin olunandan sonra bu sahədə baş verən ciddi qanunsuzluqlar, korrupsiya və rüşvətxorluq halları aradan qaldırılmışdır. Buna səbəb səfərbərlik xidmətində mühüm islahatlara başlanması və onun uğurla həyata keçirilməsidir.

Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsi də həyata keçrilən bu islahatlardan kənarda qalmayıb. Bir müddət öncə şöbədə rəhbərlik dəyişilmiş, burada şəffaflıq, ciddi nizam-intizam bərqərar olmuşdur. Şöbəyə təyin olunan yeni rəis Qurban Şirinov öz fəaliyyətini qanunvericilik çərçivəsində qurmuşdur. Məhz şöbədə olan bu kimi dəyişikliklərdən sonra rayonda hərbi vətənpərvərlik sahəsində ciddi dönüş yaranmışdır.
Qeyd edək ki, Qurban Şirinov mətbuatımızla, onun problemləri ilə tanış olan bir hərbiçidir. Geniş oxucu kütləsi üçün maraq kəsb edəcəyini nəzərə alıb onunla apardığımız söhbəti ixtisarla təqdim edirik.

- Qurban müəllim, ümumiyyətlə sizin rəhbərlik etdiyiniz sahədə əvvəllər baş vermiş bəzi neqativ halların mövcudluğu və onları doğran səbəblər barədə danışdıq. Ancaq əksər hallarda informasiyaların qərəzli olduğu da həqiqətdir.

- Yenə təkrar edirəm, iş olan yerdə təbii nöqsan da var. Bizim şöbədə qismən də olsa hələ də bəzi problemlər var və biz bu nöqsanları aradan qaldırmaq üçün gücümüzü səfərbər etmişik. Qeyd edim ki, mən bu vəzifəyə yeni təyin olunmuşam və elə ilk gündən şöbədə ciddi işlər həyata keçrilib. Mənə göstərilən etimadı yeksək səviyyədə doğrultmağa çalışıram. Hər halda nələrə nail olmuşamsa bu göz qabağındadır. Bilirsiniz, bizim şöbəyə kütləvi müraciətlər olur.

- Qurban müəllim, etiraf edək ki, tənqidin də işə xeyri böyükdür.

- Təbii, mən tənqiddən nəticə çıxarmağı sevən adamam. Bunu işçi kollektivimiz də təsdiqləyə bilər. Lakin, qərəzli, əxlaqa sığmayan, heç bir fakta söykənməyən tənqid tənqid deyil, şantajdır. Əslində bu gün azad mətbuat dediyimiz bəzi mətbu orqanlar nədənsə əsl jurnalistikanı yox, məhz bu yolu tuturlar. Mən belə yazıları bir ziyalı kimi oxumuram. Lakin bu cür məlumatların yayılması istənilən halda ləyaqətə təhqirdir. Hər bir məqalə dərc olunarkən hərtərəfli araşdırılmalı, qarşı tərəfin mövqeyi öyrənilməli və sonra çap olunmalıdır.


Elşən Əliyev