backend

Akif Əlibəyov səlahiyyətlərindən başqa məqsədlər üçün istifadə edir

Akif Əlibəyov səlahiyyətlərindən başqa məqsədlər üçün istifadə edir



















Respublika Gigiyena və Epidemiologiya Mərkəzində (RGEM) özbaşınalıq baş alıb gedir.

Verilən məlumatlara görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi fəaliyyətini vətəndaşların sağlamlığı üzərində deyil, başqa maraqlar üzərində qurub. Demək olar ki, qurumun yerli şöbələrində vəziyyət bərbad haldadır. Yerli şöbələrin çoxu fəaliyyətində ciddi nöqsanlara yol verir. Ona görə də bu sahədə problemlər durmadan artır. Mərkəzin rəhbəri işinə qarşı laqeyd münasibət sərgiləyir. İşində məsuliyyətsizliyə yol verir. Bütün bunları redaksiyamıza daxil olan şikayətlərə əsasən deyə bilirik. Sözügedən qurumun biganəliyinin nəticəsidir ki, ölkənin bir çox sahələrində durum qənaətbəxş deyil. Demək olar ki, səhiyyə sistemi qədər problemli sistem yoxdur. Səhiyyə sisteminə qarşı laqeyd münasibət bir çox problemlərin yaranmasına gətirib çıxarıb. Demək olar ki, hər gün kifayət qədər adam səhiyyənin səhvi ucbatından həyatını itirir. Səhv diaqnozlar və müalicələrin ucbatından neçə-neçə insan həyatla vidalaşır. Bundan başqa RGEM və onun yerli şöbələri az qala hər gün paytaxtda, həmçinin ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən şadlıq evi, kafe və restoranlarda, dükan və mağazalarda, həmçinin digər ticarət obyektlərində yeri gəldi-gəlmədi yoxlamalar aparır, sahibkarların, iş adamlarının normal fəaliyyət göstərmələrinə ciddi şəkildə maneçilik yaradırlar. Qeyd edək ki, oktyabrın 19-da Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Lakin buna baxmayaraq Akif Əlibəyovun rəhbərlik etdiyi RGEM və onun yerli şöbələri bir çox sahibkarın işinə yersiz müdaxilələr edərək onların fəaliyyətinə mane olmağa çalışırlar. Mərkəzin şöbələri sahibkarlardan nəsə tələb edirlər. Sahibkarlar tələb olunanı verməyincə onların işinə daim müdaxilələr edirlər və cərimələyirlər. Buna görə də sahibkarlar gigiyena və epidemiologiya mərkəzlərinin əməkdaşlarının tələblərini yerinə yetirməyə məcbur olurlar. Əks halda müxtəlif bəhanələr altında cərimələnirlər. Bu da ilk növbədə sahibkarlığın inkişafı əleyhinə atılan addım kimi dəyərləndirilir. Bundan başqa ölkə başçısının fərmanına qarşı atılan addım kimi qiymətləndirilir. Müxtəlif obyektlərdə qanunsuz olaraq keçirilən yoxlamalar zamanı külli miqdarda qazanc əldə edirlər. Lakin digər qurumlar bu məsələdə susmağa üstünlük verirlər. Məsələn, hüquq- mühafizə orqanları niyə hansısa bir addım atmır? Niyə bu məsələdə laqeydlik nümayiş etdirirlər? Ölkə başçısı dəfələrlə bildirib ki, vəzifəli şəxslər öz səlahiyyətlərindən sui-istifadə etməsin. Sahibkarların fəaliyyətinə mane olan addımlar atılmasın. Təəssüf ki, RGEM və onun yerlərdəki şöbələri səlahiyyətlərindən sui-istifadə hallarına yol verirlər və sahibkarlığın inkişafına maneələr törədirlər.