backend

Şamaxıda sahibkarlara zülm edirlər - PREZİDENTƏ ŞİKAYƏT

Şamaxıda sahibkarlara zülm edirlər - PREZİDENTƏ ŞİKAYƏT
Xeyli insan həbs olundu. Prosses Milli Təhlükəsizlik Nazirliyindən, Vergilər nazirliyinə, rabitə sektoruna qədər böyük bir arealı əhatə elədi.
Və bu gün də prosses davam etməkdədir. İstintaq tədbirləri həyata keçirilir.

İllərlə Azərbaycan sahibkarlarına divan tutan, onları şantaj edərək pullarını alan xeyli sayda insan həbs olunub. Və məlumatlara əsasən prosses davam edəcək. Ancaq belə görünür ki, bu tədbirlər, bir çox məmurlara dərs olmur. Belə ki, Şamakı rayonundan olan sahibkar Elşən Səmədov cumhuriyyet.az-a rayon rəhbərliyi tərəfindən incidildiyi, qanunsuzluqla üzləşdiyini bildirib. Sahibkar Nazirlər Kobinetində keçirilən iclasda Sahibkarların fəaliyyətinə məmurlar tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulması barəsində ölkə rəhbərinin söylədiyi fikirlərdən və verdiyi tapşırıqlardan sonra, Şamaxı rayon sabiq icra başcısı Asif Məmmədov tərəfindən sahibkarlıq obyektimin fəaliyyət göstərməsinə qoyulmuş qanunsuz qadağanın aradan qaldırılması barəsində elə prezidentə müraciət edib. Bu müraciətdən sonra Şamaxı rayon İH -nin müavini E.Səmədova zəng vuraraq ticarət obyektimi təyinatı üzrə işlətməyi üçün heç bir problem olmadığını bildirərək sahibkarlıq fəaliyyətini davam etdirə bildirəcəyini deyir. ,ikayətçi olan sahibkarın cumhuriyyet.az-a bildirdiyinə görə gələcəkdə heç bir problem yaşanmaması üçün ticarət obyektimin təyinatı üzrə fəaliyyət göstərməsinə icazə verilməsi haqqında rəsimi cavab verilməsini xahiş edir. Bundan sonra icra hakimiyyəti başcısının müavini bu haqda hazırki icra başcısı Asif Ağayevlə danışdıqdan sonra məsələni həll edəcəklərini bildirsə də hələki bu məsələ öz həllini tapmayıb.

Bütün baş verənlərlə bağlı Elşən Səmədov media vasitəsi ilə ölkə rəhbərinə müraciət edib. Müraciətdə deyilir:

“Cənab Prezident!

Mən 20 ildir sahibkarlıq fəaliyyətilə məşğul oluram, Şamaxı rayonunda evimizin qarşısında inşa etdirdiyim komersiya obyektimi təyinatı üzrə fəaliyyət köstərməyinə imkan vermirlər,Sizə ünvanladığım çox saylı müraciətlərimə baxmırlar, hətta 2011-ci il 13 sentyabr Sizin Şamaxı rayonuna səfəriniz zamanı maşın kərvanınızın qarşısına çıxaraq müşavirinizə təqdim elədiyimiz şikayət ərizəmizədə baxmadılar, artiq 4 ildir ki, bu məsələ həll edilməz qalıb. Mən müharibə iştirakçısıyam, ali təhsilim var, yeganə gəlirim kiçik sahibkarlıqdandır ki, onunlada məşğul olmağa imkan vermirlər,hal-hazırda işsizəm,mənimlə birlikdə işləyən qardaş və bacılarım, onların ailə üzvülərinin hamısı işsiz qalıblar.Yaxın qohumlarımdan əlavə bu komersiya obyektində rayon əhalisi üçün bir neçə iş yeri açılacaq.
Cənab Prezident!
Mən bir müharibə iştirakçısı kimi Sizdən artıq dərəcədə xahiş edirəm ki, sahibkarlıq fəaliyyətimə edilən qanunsuz müdaxilələrə son qoyulması və komersiya tükanımın təyinatı üzrə fəaliyyət göstərməsi barəsində mənə köməklik edəsiniz”.