backend

Baş direktor və 12 nəfər saxlandı- SİYAHI

Baş direktor və 12 nəfər saxlandı- SİYAHI
“Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
M. Məmmədov barəsində dünən axşam saatlarında Səbayel rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
M. Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Bundan başqa, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami ATS-in rəisi Fətullah Seyidov və ATS-in mühasibi barədə də həbs qətimkan tədbiri seçilib.
Onlar Bakı İstintaq Təcridxanasında saxlanılırlar.
Bundan əvvəl Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

“Aztelekom” rəhbəri Məhəmməd Məmmədovun həbs olunmasıyla bağlı xəbər daxil olub. Məlumata görə M. Məmmədov da MTN ətrafında aparılan istintaq hərəkətlərinin növbəti dalğasında günahlandırılaraq həbs olunub.
Əlavə məlumat verməyən mənbə ümumiyyətlə rabitə sistemində həbslərin bununla məhdudlaşmağacağı, hələ xeyli sayda günahkar şəxsin istintaqa cəlb olunma ehtimalının yükəsk olduğunu xüsusi olaraq vurğulayıb.